Aleksandr Bloka
Я пришла к поэту в гости…
Şairə gəldim qonaq,
Vazar günü. Günorta.
Geniş və sakit otaq,
Həyətdəsə şaxta var.
Mavi tüstünün üstdə,
Günəş moruq çalarlı…
Susqun ev sahibi tək,
Məndədir baxışları.
Elə gözləri var ki,
Görən unutmaz daha.
Mənsə, yaxşı olar ki,
Onlara heç baxmayam.
Bazar günü Nevanın
Dəniz qapılarına
Yaxın boz evdə söhbət
Ancaq əbədi qalar.
Yanvar 1914
Ruscadan tərcümə
16. 03. 2019, Samara
QEYD: Şeirin orijinalı qafiyəsizdir.