SAŞA ÇORNI. SADƏ SÖZLƏR

Saşa_Çornı.jpg

                 Çexovun xatirəsinə

Саша Черный

(1880-1932)

               Простые слова

 

Uğur üç aylıqdır indiki vaxtda,

Daş atsan, dahiyə dəyəcək hökmən.
Müdrik-həyəcanlı Çexov, daha da,
Sən bizə yaxinsan bu gün dünəndən.

 

 

Oyatmaq istədin, inanmasan da.

Qazırdın sonacan, qaszırdın dərin.

Həqir təbəssümlə qınamısan da,

Yurdu və Atanı Təhqir edəni.

 

 

Sən aramızdaydın, aydın, həm incə
Hədsiz sadə idin və hədsiz açıq.

Görürdün bədbəxdir dünyamız necə,
Görüb üzülürdün necə çılpağıq…

 

 

Getdin. Ağrımızsa daha da artdı:

Kitbablar çoxalıb, ah nə çox kitab!

Gün-gündən lənətli çevrəsə dardır

«Çexov» buxovunu çətin ki qıraq.

 

 

Gülür, ağlayırdın, qisas alırdın.

İrinli yaranı açdığın zaman.
İndi hər şey açıq. Necə ağırdır,

Görüb çürüyəsən, amma susasan.

1910

Ruscadan tərcümə

16-17. 03, 2019, Samara