SAŞA ÇORNI. SƏRÇƏ

Saşa_Çornı

  Саша ЧЕРНЫЙ                   

Воробей

 

Yaxın gəl quşcuğaz, qəşəng sərçəcik,

Siçana oxşarsan, bozsan, həm çevik.

Gözlərin muncuqdur, pəncələr – ayrı,
Pəncələr – köndələn, pəncələr — əyri.

 

 

 

Hoppan, toxunmaram mən sənə, hoppan,

Görürsən, çörək də ovmuşam yerə.

Qarğanın böyrünə dimdiyini sanc,

Kim onu çağırıb gətirib bura?

 

 

 

Bir az da yaxın gəl, mətin, qayğısız,
Beləcə, beləcə, gəl bir azca da.

Külək qar sovurur, bax, ay qılıqsız,

Sinə də, kürək də ağappaq daha.

 

 

Dostum ol, quşcuğaz, əziz, sevimli,
Evdə yaşayarıq birgə, mehriban.

Yanaşı oturaq sobaya girib,

Hələ öyrənərik əlifbanı da.

 

 

Yaxın gəl, çəkinmə, gəl bir azca da,

Vay! Uçub getdi ki… Utanmaz imiş!

Dəni, ovuntunu aşırdı tamam,

Getdi bir “sağ ol” da mənə deməmiş.

1921

Ruscadan tərcümə

18-19.03. 2019, Samara