HEYDƏR ƏSƏDOVUN DƏNİZ AKADEMİYASINA REKTOR TƏYİN OLUNMAQLIĞI

Heydər_Əsədov

ƏLİYEV: Heydər, sən mənə həm ata kimisən, həm oğul kimi. Ona görə mən səni işsiz qoya bilmərəm. Səni bu gündən təyin edirəm Dəniz akademiyasına.

ƏSƏDOV: Əlahəzrət, ömrünüz uzun olsun, ancaq  mən ermənistanlıyam, Ermənistanda da dəniz yoxdur, mən heç üzməyi də bilmirəm. Sizdən ayıb olmasın, sudan qorxuram, vannaya da adamla girirəm, katibələr sağ olsunlar, tək qoymurlar…

ƏLİYEV: Oğul, mən səni dənizə göndərmirəm. Mən səni göndərirəm dənizin akademiyasına ki, orda tələbələrin üstündə gözün olsun. Tələbələrə keçmiş kənd təsərrüfatı nazirindən yaxşı nəzarətçi kim ola bilər?

ƏSƏDOV: Əlahəzrət, min faiz haqlısınız. Mən bu mal-qaradan sonra istənilən kontigentlə bacararam.

ƏLİYEV:  Get işlə, oğul. Orda sənə iki-üç adamlıq vanna da qoyduracam. İstəsən, üzmək də öyrənərsən…

 

 

Реклама