FƏRRUX MƏMMƏDOV FUAD MƏMMƏDLİDƏN ÖTRÜ ÖLMƏLİ İDİMİ? ŞÜBHƏM VAR…

fərrux_məmmədov.jpg

Azərbaycandan iki xəbər:

  1. Martın əvvəllərində qar uçqununa düşmüş sıravi əsgər Fərrux Məmmədovun meyidi tapılıb.
  2. Keçmiş nazir Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədli Daxili işlər nazirliyində yüksək vəzifəyə təyin edilib.

Qarabağ silahlı münaqişəsi 30 ildir ki, davam edir. Minlərlə əsgər və zabit ölüb. Onların arasında heç vaxt vəzifəli adamların uşaqları olmayıb. Onlar bahalı məktəblərdə oxuyurlar, yüksək kabinetlərə təyin olunurlar, elə kabinetdən kabinetə keçə-keçə rütbə, sərvət, mövqe sahibi olurlar. Yəni daraşıb Azərbaycanı yeyirlər.

Cəbhədə ölənlər, qar altında qalıb zülmlə canlarını tapşıranlar fəhlə-kəndli balalarıdır. Onların həyatınını qiyməti üçüncü dərəcəli dəmir medaldır.

İki Məmmədov, iki tale. Onlar bir ölkədə yaşayıdımı?

Fərrux Məmmədov Fuad Məmmədlidən ötrü ölməlidirmi?

Mənim şübhəm var…

X.X.

23.04. 2019, SAmara

Реклама