NİKOLAY ZABOLOTSKİ. KÖHNƏ NAĞIL

Заболоцкий_Николай_Алексеевич

Старая сказка

 

Bizim hansı rolu oynadığımız

Tamam bilinməyən dünyada bir vaxt,
Hamı tək səninlə qocalarıq biz,
Necə ki, qocaldı nağılda kral .

 

 

Yanmağa tələsir, az qalır sönə,
Bizim həyatımız əziz diyarda.
Qarşılarıq dinməz və həqiranə,
Qaçılmaz taleyi, yazını burda.

 

 

Fəqət saçındakı gümüş çəngələr,
Gicgahın üstündə salanda işıq,

Bütün dəftərləri parçalar, tökər,
Sonuncu şeirlə vidalaşaram.

 

 

Ürəyim göl kimi qoy ləpələnsin,
Yeraltı qapının astanasında.
Qızıl yarpaqlar da astaca əssin,
Suların səthinə toxunmasa da.

05-06. 07. 2019

Samara

 

В этом мире  где наша особа
Выполняет неясную роль,
Мы с тобою состаримся оба,
Как состарился в сказке король.

 

Старая сказка

Догорает, светясь терпеливо,
Наша жизнь в заповедном краю,
И встречаем мы здесь молчаливо
Неизбежную участь свою.

 

 

Но когда серебристые пряди
Над твоим засверкают виском,
Разорву пополам я тетради
И с последним расстанусь стихом.

 

Пусть душа, словно озеро, плещет
У порога подземных ворот
И багровые листья трепещут,
Не касаясь поверхности вод.

Реклама