MARİNA TSVETAYEVA. “SƏNİN QƏLƏMİNƏ SƏHİFƏYƏM MƏN”

cvetaeva

Sənin qələminə səhifəyəm mən,

Nə var – götürərəm. Səhifəyəm ağ.

Mən —  sənin malına qarovul çəkən:

Çoxaldıb qaytarram yüz dəfə artıq.

 

 

Mən bir kənd yeriyəm, qara torpağam,
Sən mənə  şöləsən, yağış nəmisən.

Sən mənim Tanrımsan, sən mənim Ağam,

Mən qara torpağam, ağ kağızam mən.

 

 Ruscadan tərcümə

15-08. 2019
Samara

 

Я — страница твоему перу. 
Всё приму. Я белая страница. 
Я — хранитель твоему добру: 
Возращу и возвращу сторицей. ! 
Я — деревня, черная земля. 
Ты мне — луч и дождевая влага. 
Ты — Господь и Господин, а я — 
Чернозем — и белая бумага.