FYODOR TYÜTÇEV.  “TANRIM, SEVİNC PAYI O KƏSƏ GÖNDƏR…”

 

TYÜTÇEV

Tanrım, sevinc payı o kəsə göndər,

Kim yayın müsibət istilərində.

Daş yolla özünü sürüyüb gedər,
Dilənçi tək bağın həndəvərindən –

 

 

 

Kim çəpər dalından baxır ötəri,
Görür kölgəliyi, otu, çiçəyi.

Zəngin və işıqlı çəmənliklərin

Sərini bilir ki, qisməti deyil.

 

 

Bilir ki, ağaclar onun xətrinə,

Salmır qonaqpərvər kölgələrini.

Nə də duman kimi bu fəvvarənin

Başı ondan ötrü göyə millənir.

 

 

Mavi mağaracıq əbəs cəlb edir,
Onun nəzərini duman içindən,

Bilir fəvvarənin şeh gilələri,

Zavallı başını sığallar nə də.

 

 

 

Tanrım, sevinc payı o kəsə göndər,

Kim yayın müsibət istilərində.

Daş yolla özünü sürüyüb gedər,
Dilənçi tək bağın həndəvərindən.

İyul 1850

Ruscadan tərcümə

20-21. 09. 2019

Samara

 

Ф. И. Тютчев. «Пошли, господь, свою отраду…»

 

Пошли, господь, свою отраду
Тому, кто в летний жар и зной
Как бедный нищий мимо саду
Бредет по жесткой мостовой –

 

 

Кто смотрит вскользь через ограду
На тень деревьев, злак долин,
На недоступную прохладу
Роскошных, светлых луговин.

 

Не для него гостеприимной
Деревья сенью разрослись,
Не для него, как облак дымный,
Фонтан на воздухе повис.

 

 

Лазурный грот, как из тумана,
Напрасно взор его манит,
И пыль росистая фонтана
Главы его не осенит.

 

 

Пошли, господь, свою отраду
Тому, кто жизненной тропой
Как бедный нищий мимо саду
Бредет по знойной мостовой.

Июль 1850

Реклама