Əgər ayaqların uçurumdasa,
Asılıb qalmısan çabalayaraq,
Bu zaman əlini kimsə uzatsa,
Gücünü gözünə yığıb yaxşı bax:
Bax bu necə əldir, bu əl kimindir,
Öyrən dərisindən dırnağınacan.
Qurtarar girdabdan o bəlkə indi,
Sonrasa tənədən çərlədər ancaq….
28. 09. 2019
Samara