Mixail LERMONTOV. MİNNƏTDARLIQ

LERMONTOV

Verdiyin hər nemətə mənim minnətim dərin:
Gizli iztirabları nemətdi ehtirasın,
Göz yaşının acısı, zəhəri öpüşlərin,

Dostların böhtanı və yağıların qisası;

 

 

Nemətdi səhralığa dağılan qəlb atəşi,
Nemətdi həyat boyu nə aldatdısa məni.
Ricamsa səndən budur, elə düzəlt ki işi,

Sənə minnətdarlığım  çox o qədər çəkməsin.

1840

Ruscadan tərcümə

24-25.03. 2020, Samara

Qeyd: şeir Tanrıya kinayəli müraciət kimi yazılıb

БЛАГОДАРНОСТЬ

 

За всё, за всё тебя благодарю я:
За тайные мучения страстей,
За горечь слез, отраву поцелуя,
За месть врагов и клевету друзей;
За жар души, растраченный в пустыне,
За всё, чем я обманут в жизни был…
Устрой лишь так, чтобы тебя отныне
Недолго я еще благодарил.

1840