«HARDA GÜNƏŞ VARSA, VƏTƏNDİR QUŞA…»

18.11. 19

Ah, necə də yay tələsir köçməyə,
Həsrətik artıq günəşi görməyə!

 

 

Xoş, quru günlər daha düşmür ələ,
Ah, yenə  tezliklə soyuqlar gələr.

 

 

Astaca yel də üşüdür indidən,
Damcı düşən tək yerə sızlar bədən.

 

 

Quş qatarı gah ucalır, gah enir,
Həndəvəri qıyyası diksindirir.

 

 

Harda günəş varsa, vətəndir quşa,
Yox soyuğa etibarı, yox qışa.

 

 

Sənsə, qoca, dur əlin alnında sən,
Quş qatarından elə bil qalmısan.

 

 

Qan soyuyub canda, qanadlarda buz,
İndi şimaldır əbədi yurdumuz…

 

16. 08. 2020, Samara