Məmmədağa Əhədliyə
Leybnits deyənlər əgər doğrusa,
Başqa dünyalarla müqayisədə,
Bizim dünyamızdan yaxşısı yoxsa,
Elə bu ömür də insana bəsdir.
===========================
Çətin sevindirər davamlananda,
Zülmü ağır olar məhkəmələrin.
Sənə bu dünyada nəşə daddıran,
Hər şey orda günah sayılar yəqin.
=============================
Sevinclə keçərsə gündüzün, gecən,
Nə ağrın olarsa, azarın nə də.
Özün bu halından sən bezəcəksən,
Yoxsa dərd — sevinc də bilinməz nədir.
================================
Xurma kölgəsində, su qırağında,
Başımız altında gül mütəkkələr.
Yuxuya getmərik, qurdalanaq ha,
Çünki canı yormaz ağır əməklər.
=========================
Şirin yuxu olar ən ümdə istək,
Bezdirər məzəsi hurilərin də.
Yata da bilimərik yuxuda görək
Azarı, tanıyaq dadını dərdin…
27.08. 2020, Samara