Ah, bu nə görkəm, bu nə əndazədir,
Sadə bir heyvan yox, o, şahzadədir!
=
Dağ kimidir, zirvədir hürgücləri,
Əjdaha çıxsın önünə — güc gələr.
=
Ah, bu ayaqlar necə də möhtəşəm!
Gör nə çevik, cazibəli boynu həm!
=
Ah, nə yarıqdır dodağı üstdəki,
Daş da yarar dişləri almaz təki!
=
Ac və susuz, əzmlə səhra aşar,
Tarixi üstündə dolanmış bəşər.
=
Hərbini görmüş neçə min illərin,
Yoldaşı olmuş ulu Peyğəmbərin.
=
Bəlkə deyilmişdir o vaxtlar hələ:
“Allahın heyvanısan indən belə…”
=
Sonra kitablarla beli yüklənib,
Yol gedib aylarla, gəlib ölkəmə…
31. 08. 2020, Samara