FYODOR TYÜTÇEV. “DÜŞÜNMƏ, VURNUXUB ÖZÜNÜ YORMA…”

TYÜTÇEV

Düşünmə, vurnuxub  yorma özünü,
Axtaran – divanə, düşünən – axmaq.

Yuxuyla sağalar dərdi gündüzün,
Sabah nə olacaq,  qoy olsun sabah!

=

Yaşa, yaşamağı bacar hər şeyi:

Dərdi, həm sevinci, həyəcanı ya.

İnsan nə istəyir? Niyə qəm yeyir?

Bu günü yaşadın? – şükür Tanrıya!

Ruscadan tərcümə

12.09. 2020, Samara

Не рассуждай, не хлопочи!..
Безумство ищет, глупость судит;
Дневные раны сном лечи,
А завтра быть чему, то будет.

=
Живя, умей все пережить:
Печаль, и радость, и тревогу.
Чего желать? О чем тужить?
День пережит — и слава богу!

Федор Тютчев, 1850?