“AH, KEÇİR İLLƏR, UNUDULMUR VƏTƏN…”

 

08.06 2020

Ah, keçir illər, unudulmur vətən,
Gözdən uzaqdırsa da, könlündədir.

Lap çıxasan doğma elindən dünən –

Tüstülənir həsrəti, göz göynədir.

=

Ah, bu günün getməyi… göylər yanar —

Bənzəyir axşamçağına kəndimin.

Təndiri odlar, durub ağlar anam,

İzləyər ancaq qızaran kündəni…

22.09. 2020, Samara