“OTUZ BEŞ İL OLDU BURA GƏLDİYİM…”

Otuz beş il oldu bura gəldiyim,

Şəhərə yağırdı… şıdırğı, soyuq.

Gecə aeroport cəhənnəm idi,
Qarşılayan da yox, gözləyən də yox…

=

Şəhər yöndəmsizdi – özü, həm adı,

Söyürdü elə bil “Kuybışev” deyən,
Bu adı beş il də daşıyacaqdı,
Öz adı dönüncə geri yenidən.

=

Dolandım qıraqda otuz beş ili,
Şəhər də heç mənə gəlmədi yaxın.

Tabordan qovulan qaraçı bilir
Bəlkə də… bilmir ki, nədir günahım…

=

Məni bu şəhərə gətirən uçar,

Şığıyıb dalımca gələn deyildir.
Şəhərə yenə də şıdırğı  yağar,
Açılmır ürəyim  otuz beş ildir…

23.09. 2020, Samara

АЭРОПОРТ С ЮСИФОМ 2