Hər şeyi heç nədən yaradan Allah,
Yoxu var elədi iradən, Allah!
=
İşıq və zülməti yaratdın əvvəl,
İşığa gün dedin, zülmətə gecə.
Topladın, göy altda su var nə qədər,
Qurunu yaratdın sonra eləcə.
=
Torpaqla ayırdın suyu sən sudan,
Ot, ağac yaratdən yeyilsin barı.
Göydən günəş asdın, göydən ay asdın,
Ulduzla bəzədin qaranlıqları.
=
Canı olanların növbəsi çatdı,
Balıqlar suları cana gətirdi.
Heyvanı, quşları sonra yaratdın,
Söylədin törəyin, çoxalın indi.
=
Yatdı ürəyinə yaratdıqların,
Baxdın yerə, göyə, dedin yaxşıdır,
Dedin bu aləmdə insana yer var,
Şəkildə və tərzdə özün oxşarı…
=
Tanrım, qüdrətinin hüdudları yox,
İşin də möhtəşəm, nəticəsi də.
Fəqət dərdimiz də, ağrımız da çox,
Bağışla, sən bəlkə bir az tələsdin?…
28.09. 2020, Samara