Şəklinə baxıram – uşaq kimidir,
On səkkiz yaşımda mən də beləydim.
Kölgəmdən qorxardım, ağürək idim,
Ordu da görmədim, iş elə gəldi.
=
Haçandan baxıram şəkildəkinə,
Top-tüfəng yaxında dinir elə bil.
Gör ata-anası nə çəkir indi,
Ürəklər dağlayır indi bu şəkil.
=
Övladım olsaydı, bəlkə indiyə,
Nəvəm də olardı onunla yaşıd.
Yəqin ki, gedərdi o da cəbhəyə,
Mən də vurnuxardım gözləri yaşlı.
=
Əsəbim pozular, yuxum qaçardı,
Rəsmilər deyəndən şübhələnərdim.
Ölüm xəbərəri eşitsəm harda,
Özüm o dünyaya gedib-gələrdim…
=
Şəkildəki uşaq! Sənin də indi,
Ölüm xəbərindən, inan, yasdayam.
Nəvəmsə olsaydı…bəlkə deyərdim,
Yaxşı ki o deyil, ayrı adamdır…
=
İlahi, özün keç günahımızdan,
Doğma — qəlbimizdə yadla bir deyil,
Bəzən uğrumuzda qan axıdan da,
Bizə təsəllidir – bu ki, sirr deyil…
29.09. 2020, Samara