XIRDAVATÇI MƏZAHİRİN DÖŞÜNƏ ƏL ATAN CAVİD ZEYNALLI HAQQINDA

Cavid Zeynallı

Tanımadığım, haqqqında heç vaxt heç nə eşitmədiyim Cavid Zeynallı adlı biri FB səhifəmə girib mənimlə hampazor kolxoz sədrinin suçu ya kətmənçi ilə danışdığı kimi danışır. “Nə hay-küy salmısan, iki-üç yüz manat kitaba pul xərclənib…”

Mən bilmirəm kitaba nə qədər pul xərclənib. Mən Azərbaycanda heç nəyin qiymətini bilmirəm. Bilmirəm ki, çörək neçəyədir. Bu küçük bilir, çünki hər şeyi alıb-satır,  yaxşı bilir ki, haçan hay-küy salmaq olar, haçan yox. Yazır ki, bələkdən çıxandan «informasiyanın, ədəbiyyatın içindədir». İnterneti axtarıb hekayələrini tapdım.

“Zəminənin boyun-boğazını iyləməkdən doymazdı, içinə çəkərdi Zəminənin qoxusunu, saçlarını oxşayardı, döşlərini yüngül-yumşaq sıxıb qadının ağlını başından alardı”.

«Zəminənin döşlərindən gələn o qəribə qoxu burnunda, qovrulmuşdu həbsxana çarpayısında».

Cavid Zeynallı ədəbiyyatdırsa, Azərbaycan ədəbiyyatı deqradasiyanın son mərhələsini yaşayır.

“Öləndə sinəmi yumuyun,
Sunəmdə yar ətri var…”

Bunu adsız  şair deyib…. Adsız düha…

Bu cəlilabadlı gədə o qədər müasir görünmək istəyir ki, “döş qoxumaqla” kifayətlənmir, cümləni “ki” ilə başlayır:

“Ki, maşının içi-içalatı salamat qalacaq, tez tökülməyəcək.”

İndi Füzuliyə baxın:

“Mərdümi-çeşmim ayağına rəvan su tökdü,
Ki, gərək su tökülə sərvin ayağına müdam…”

Bu cəlilabadlı gədənin akademik təhsilindən danışmaq yersizdir. Bu gədə kənddə ədəbiyyat dərsi keçibmi? Bu gədəni “ədəbiyyatın içinə” salan kimdir? Anar? Kamal Abdulla? Rəşad Məcid, Cavid Zeynallı – bunların səviyyəsi gecə klublarında “vışibala” səviyyəsidir. Ancaq “ədəbiyyatın içindədirlər”. Bu ancaq onu göstərə bilər ki, Azərbaycan nəsri, Azərbaycan ədəbiyyatı poxa dönüb…

 “Tərslikdən axır vaxtlar camaat da cummuşdu Opelə”

«Radioya səs verib, şıdırğı mahnıdan kayf tutur».

Bu gədəbiyyata kim ədəbiyyat mükafatı verir? Bu gədəyə prezident təqaüdü yazdıran kimdir? Prezident nəyə görə xalqın puluyla gədəbiyyatı, antiədəbiyyatı maliyyələşdirir?

Burası əsil müsibətdir:

“…xəyal Həsəni aparmışdı: xırdavat Məzahiri Zəminə bilib əl atmışdı çiyninə, özünə çəkib boyun-boğazını oxşayanda Məzahir babat birini tutuzdurmuşdu bunun ənginə ki, oğraş, sənin var-yoxunu…”

Başa düşdünüz? Yox? Mən, çətinliklə də olsa, belə başa düşdüm ki, Həsən , Kamal Abdulla demişkən, elə “dəruni” fikrə gedir ki, kişini, yəni Məzahiri, arvadı bilir, istəyir ki, onun döşlərini “yüngül-yumşaq” sıxıb, «qoxusunu çəksin içinə»…

Anar müəllim! Kamal Müəllim! Ehtiyatlı olun! Bir də gördünüz bu cəlilabadlı gədə əl atdı döşünüzə…

Azəribaycan xalqım! Səni təbrik edirəm! Gədəbiyyatın çiçəklənir!

Rəsul Rza oğlu Anar! Gəlib çatdıq? Hələ yox? Əllərin əssə də, Gədəbiyyatın sükanını möhkəm saxla!

Xeyrulla Xəyal

16.04. 2021, Samara