GƏDƏBİYYAT: ANAR AİLƏSİNDƏ FƏXRİ ADLAR, FƏXRİ HƏYAT, FƏXRİ DƏFNLƏR

1985-ci ildə Azərbaycandan həmişəlik gedəndə özümlə üç kitab götürmüşdüm: Nəsimi (Cahangir Qəhrəmanovun hazırladığı nəşr), Xudadad  bəy Əzizbəyovun “Azərbaycanca-rusca lüğəti”. Üçüncü kitab dəqiq yadımda deyil. Mən uzun illər Azərbaycan ədəbiyyatını yalnız yayda məzuniyyətə gedəndə oxuyardım — əsasən Cəlil Məmmədquluzadəni və Sabiri.  Mənim güclü yaddaşım yoxdur, az şeir əzbər bilirəm, hərdən Həsən Əblucun səsi ilə dəniz haqqında bir şeiri xatırlayırdım. Tamam yox, misraları da yox, ayrı-ayrı ifadə və sözləri. Nədənsə mən bu şeiri Rəsul Rzanın bilir və elə təkcə bu şeirə görə Rəsul Rzanı istyedadlı şair sayırdım. İnternet vaxtı gələndən sonra bu şeiri Quqlla köməkləşib tapdım. Nazim Hikmətin imiş…

Denize dönmek istiyorum!
Mavi aynasında suların:
boy verip görünmek istiyorum!
Denize dönmek istiyorum!

Gemiler gider aydın ufuklara gemiler gider!
Gergin beyaz yelkenleri doldurmaz keder.
Elbet ömrüm gemilerde bir gün olsun nöbete yeter.
Ve madem ki bir gün ölüm mukadder;
Ben sularda batan bir ışık gibi
sularda sönmek istiyorum!
Denize dönmek istiyorum!
Denize dönmek istiyorum!

Həsən Əbluc, əlbəttə, şeiri azərbaycanca oxuyurdu, ancaq yaxşı yoxuyurdu, şeir də yaxşıdır. Mən sərbəst şeirləri sevmirəm, sərbəst şeirlərin əksəriiyyətini şarlatanlıq sayıram, ancaq Nazim Hikmətin sərbəst vəzndə ən azı beş-altı gözəl şeiri var.

Rəsul Rzanın yüksək poeziya sayıla biləcək bircə şeiri də yoxdur. Təəssüf ki, belədir. Çox zirək adam olub, harda aş, orda baş, yəni əsil mənada baş, rəis, nazir… Ensikloprdyanın baş redaktoru!

Və vaxtında “Lenin” poenası yazıb, Stalin mükafatı alıb, güzəranını əlli il qabağa təmin edib. İki nəsil azərbaycanlı şagirdlər bu “Lenin” poemasını əzbərləyiblər,, buraxılış, qəbul imtahanı veriblər, nə qədər məzun ali məktəbə imtahandan bu şoğərib poermaya görə kəsilib. Yəni Rəsul Rza iki nəsil azərbaycanlı şagirdlərinin anasını, türkün məsəli, zad eləyib.. Ayrı şey fikirləşməyin, yəni demək istəyiəm ki, analarını mələdib…

Anar Ramzan Kadırova xatırladır, qırx ildən bəri atasını Azərbaycan ədəbiyyatı və ədəbiyyatçılarının atası, anası Nigar Rəfibəylini isə şairlərin anası elan edir.

Xalq şairi Nigar Rəfibəyli…

Blirsinizmi Nigar Rəfibəyli ömrünün neçə ilini “xalq şairi” olub”? Bəlkə ayla?

Yox, nə il, nə də ay. Cəmi iyirmi gün. Nigar Rəfibəyliyə “Xaq çairi” adını Heydər Əliyev 19 iyun 1981-ci ildə verib. Bu vaxt bir neçə ay idi ki,  Nigar xanım ölüm yatağıında idi və hətta ərinin ölümündən də xəbəri olmamışdı. Təbii ki, ona “xalq şairi” adının verildiyindən də. Bu adın verilməyi o vaxt Bakıda, xüsusən ədəbiyyat adamları arasında ən aktual mövzu idi. Rəsul Rza apreldə ölmüşdü və Fəxri xiyabanda basdırılmışdı. Deyirdilər ki, arvadına da gərək təcili “xalq şairi” adı verilə ki, ərinin yanında basdıra bilələr. Danışırdılar ki, bu məsələ yüksək kabinetlərdə həll olunur, Heydər Əliyev özü məşğuldur…

Bir də çoxdan danışırdılar ki, Anar Heydər Əliyevin çıxışlarını bədii şəklə salır…

İndi Fəxri xiyabanda ər-arvad yanaşı yatır. Bizdə hamə özünü müəslman və vətənpərvər saysa da, müsəlman qaydası ilə,dəd-baba qəbiristanlığında yox, dəbdəbə ilə, fəxri qəbiristanlıqda basdırılmaq istəyir. Hamımızı Qiyamət gözləyirsə, harda basdırıldığımızın nə fərqi var?

İndi Fəxri xiyabanı ziyarət edənlər iki “xalq şairinin” qəbrini yanaşı görürlər. Biri “Lenin” poeması yazıb millətin gənclərinə əqidə ciddi ziyanı vurub. O biri isə…

Nigar Rəfibəyli nə yazıb? Bilən var? Mahnı sözlərində başqa?

“Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!”

Bu, Nigar Rəfibəylinin şeirindəndir. İkinci misra Qriboyedovun «И дым отечества нам сладок и приятен” misrasının (Qriboyedovdan qabaq Derjavində, ondan da çox əvvəl Ovididə olub) yöndəmsiz tərcüməsidir. Yöndəmsiz ona görə ki, “acı” sözü artıqdır! “Tüstü” sözü “hər” əvəzliyini də qətiyyətlə rədd edir!

Qriboyedov tüstünü demişdi. Külək hardan şirin oldu? Külək sərin olar, soyuq olar, isti olar… Şirin?

Anarın öz valideynlərini sevməyində qınaqlı heç nə yoxdur. Ancaq Anar çoxdan valideynlərinin şişirdilmiş ad-sanını rentaya çevirib. Doxsan yaşlı Anar həm də ona görə heç kəsə lazım olmayan, ancaq dövlətə baha başa gələn vəzifəni tutur ki, iki “xalq şairi”nin oğludur…

Bəlkə “xalq şairi” adı zadəgan titulu kimi Anarın bütün övladlarına, nəvələrinə, nəticələrinə də verilsin? Vaxtları gələndə hamısı da fəxri dəfn olunsunlar. Fəxri xiyabanda. Belələri qəbiristanlığı bəyənmirlər. Bunları gərək Xiyabanda basdırasan…

Anar bəy babasıyla çox öyünür. Ancaq Anarın öz ailəsindən bir nəfər əsgər, zabit çıxıb? Vuruşublar?

Bəylikdən dəm vuuran insan Rəşad Məcid kimi oğru gədələri yığıb başına oturub…

Yəqin Qiyamət gününü elə vəzifə başında qarşılayacaq.

Ya da elə kreslodan qaldırıb Fəxri Xiyabana aparacaqlar…

28.04. 2021, Samara