Klassik rus şairlərinin şeirləri Azərbaycan dilinə tərcümə edilib


XIX-XX əsrlərdə yaşamış rus şairlərinin şeirləri Azərbaycan dilinə tərcümə edilib.

Yeniavaz.com xəbər verir ki, kitabın müəllifi şair Xeyrulla Xəyaldır. O, 1983-2020-ci illər ərzində etdiyi tərcümələri «XIX – XX əsr rus poeziyası Xeyrulla Xəyalın tərcümələrində» adlı kitabda toplayıb. Kitab 400 səhifədən ibarətdir. Tərcümə edilmiş şeirlərin çap edilməsi üçün samaralı sahibkar Kənan İsayev maliyyə dəstəyi göstərib. Bu ilin avqustunda çapdan çıxan kitab Kənan İsayevin mərhum qardaşı Baynurun xatirəsinə həsr edilib. Kitabda Baynur İsayev haqqında Şirvan Kərimovun xatirə yazısı da yer alıb.
Qeyd edək ki, kitaba təxminən 250 şeir salınıb. Bu şeirlər fasilələrlə 40 ilə yaxın vaxtda Azərbaycan dilinə tərcümə olunub.

https://www.yeniavaz.com/az/news/178328/klassik-rus-sairlerinin-seirleri-azerbaycan-diline-tercume-edilib