PREZİDENT FƏRMANIYLA GENERALLANANLARIN ÇOXU GENERALLIĞA O DÖRD YAŞLI UŞAQDAN ARTIQ LAYİQ DEYL…

İlham Əliyevin Qarabağ səfərlərindən çəkilən şəkillər və videolar  sürrealist filmlərdən kadrlara bənzəyir. Cıdır düzündə arvadıyla çay içir — ətrafda bir insan yoxdur, elə bil bu çay dəsgahı göydən nazil olub. İlham əliyev ailəsiylə məscidə girir – məsciddə heç kim yoxdur, molla da yoxdur. Axı məsciddə molla olmalıdır! Bəlkə onu da it kimi qovublar?

Xudayar bəy mərhum dostu, indi dul arvadını alıb var-ryxuna sahib olmaq istədiyi Heydərbəydən nitq deyir və guyahətta ağlayır da. Mirzə Cəlil yaır ki, diqqətlə baxan görərdi ki, Xudayar katdanın gözləru qupqurudur… İstəyirsiniz vurun, doğrayın. kəsin – İlham Əlieyin müsəlmanlığına inanmaq olmur! Əgər bunlar belə müsəlmandırsa, niyə hamıyla birgə namaza durmurlar?

Və İlham Əliyev hara gəlirsə, adamlar elə bil yerin deşiyinə girirlər. Ya da beş-altı qalstuklu, yekəqarın kişi, ənlikli-kirşanlı arvad – ictimaiyyətin nümayəndələri olur. Arvadlar İlham Əliyevin yanında elə ehtiraslanırlar ki, onun dəmir yumruğunu ağızılarına almaq istəyirlər. Birini İnteretdə gördüm, prezidentlə süpürləşirdi…

Əlbəttə, bu xalq Əliyevə, xüsusən onun ailəsinə yaraşmır. İham Əliyev gərək Böyk Britaniya kimi ölkənin kralı olaydı, bir şəhərə gələndə də başına ingilislər yığılaydı. Şekspirdən, Bayrondan  danışaydılar. Azərbaycanlı ilə nə danışasan? Ağzını açan kimi deyəcək «dolana bilmirəm». İngilis acından ölsə də deməz ki, dolana bilmir…

Ancaq prezident, onun ailəsi xalqdan nə qədər iyrənsə də, onun səfərlərini elə təşkil etmək lazımdır ki, uzaqda da olsa, adamlar görünsünlər… Aktyorları bəzəyib onunla gəzdirmək olar. Özümüzkülərin ləyaqəti yoxdursa, gürcü aktyorlarını dəvət etmək olar…

İndi də bu dörd yaşlı general-leytenant!

Bu uşaq hardan çıxıb? Şuşada uşaq hardandır? Bunun atası yoxdur? Deyək ki, atası yoxdur, İsa kimi ilahi ruhdan əmələ gəlib, bəs axıı bunun anası olmalıdır. Hardadır bu ana? Necə gedib çıxıb bu arvad Şuşaya? General paltarını dörd yaşlı uşaqlara Şuşada tikirlər?

Mən bu dörd yaşlı generalla görüşün ssenarisini yazmış soydaşımın gözünün içinə baxmaq istərdim. Əlbəttə, çoxları bu adamın gözünün içinə tüpürmək istərdilər. Mən – yox. Ancaq baxmaq. Sonra dönüb getmək. Və Azərbaycan adlı dövlətin, azərbaycanlı millətinin olduğunu unutmaq…

Çünki bu uşaq genaral, bu görüş xəcalətdir.

Ancaq bu uşağın generallığında dərin simvolizm var. Yəni bu, general adının, rütbəsinin necə ucuzlaşdığını göstərir. Həmyerlilər, bacanaqlar, yeznələr, kürəkənlər, oynaşlar – hamısı general olur. Kiçik bir ölkədə generalların say-hesabı yoxdur. Vətən müharibəsində birinin burnu qanamayıb.

Ruslar Napoleonla mharibəyə Vətən müharibəsi deyirlər. Təkcə Borodino döyüşündə dörd rus generalı ölüb. İkisi —  Tuçkov qardaşlarıdır. Ataları da general olub. Beş olğunun beşi də general rütbəsiтə yüksəlib. Dördü Vətən müharibəsində iştirak edib.

Napoleon Borodino döyüşündə 25 generalını itirib.

Rus dvoryanlığı, ölkənin imtiyazlı sinfi müharibələrdə bu imtiyazın haqqını qanı ilə ödəyib. Azərbaycanda bütün sərvətlərə sahib olan, hətta dənizi hasarlaamış ailə və ailələrdən bir döyüşçü də çıxmayıb.

18-19 yaşında həyatlarını itirmiş fəhlə-kəndli balalarının qəbirləri üstünə dəmir medallar atırlır. Burnuna barıt qoxusu dəyməmiş harınların çiyninə qızıl poqonlar taxılır…

Uşaqla söhbət…

Uşaq söhbəti…

Uşaq-muşaq söhbəti…

Yəni prezidentin fərmanla general rütbəsi verdyi insanların əksəriyyəti o rütbəyə dörd yaşlı uşaqdan artıq layiq deyil..

Mirzə Əlil

27.1. 2021, Samara