GUYA İCMA ŞAMINA QIYMAYAN İMAM ƏLİNİN DOQQUZ RƏSMİ ARVADI OLUB, PEYĞƏMBƏRİN HƏM QIZINI, HƏM NƏVƏSİNİ ALIB…

Qurban Məmmədli başıpozuq adamdır, hərçənd istedadlı və fərasətlidir. Ancaq xalq lideri olmaq üçün istedadlılıq və fərasətlilik zəruri şərtlər olsa da, kafi  şərtlər deyildir. Qurban Məmmədli özünü xalq lideri kimi görür. Və başa düşür ki, xalq onu öz lideri kimi görnür, You Tube-da ona baxan bir neçə min adam da, əlbəttə, xalqdandır, ancaq xalq deyil. Qurban Məmmədli bunun səbəbini xalqın cəhalətində, savadsızlığında, ölkə taleyinə biganəliyində və hətta biqeyrtliliyində görür. Hüquqşünas kimi Qurban Məmmədli əjdaha deyil, ümuiyyətlə, Azərbaycanda nəinki Koni, hətta Reznik, Padva kimi hüquq əjdahaları yoxdur. Azərbaycanlının Qaradağ daşları qalınlığında olan hüquq kirtablarını , anqlo-sakson hüquq sistemminin əsaslarını, məcəllələri vurma cədvəli kimi əzbərləyib öyrəndiyini təsəvvür etmək çətindir. Ordan-burdan – hə. Mükəmməl – yox!

Jurnalist kimi də Qurban Məmmədli Larri Kinq ya Pozner deyil. Yəni qırxında öyrənir… Jurnalistlik peşəsində onun bacardığı ən yaxşı fənd manipulyatorluqdur ki, bu da onu yaxşı xarakterzə eləmir.

Son vaxtlar Qurban Məmmədli xomeynilik sənətinə yiyələnmək istəyir. Xomeynilik, mənim fikrimcə, müsəlman ruhaninin siyasətə qatılmağıdır. İndi Qurban Məmmədli tez-tez You Tube çıxışlarında hədislər danışır, Quran surələrindən fraqmentlər oxuyur, imam Əlidən sitatlar gətirir. Saqqalını bir az uzatsa və başına çalma qoysa, Xomeynidən seçilməz. (Hərçənd Qurban Məmmədlini, deyəsən, Xomeyni zirvəsi də təmin etmir, ondan yuxarıya, lap yuxarıya iddiası var. «Azərfreedom ailəsi» — «Əhli-beyt»in Qurban Məmmədli variantıdır, yəni ki, elə bilin fransız rəssamları «Əhli-beyt»ə karikatura çəkiblər…Son vaxtlar «Ailə» üzvlərinin bir-biriylə boğuşmağı, bir-birlərinə «oğraş» demələri» bu virtual karikaturadakı cizgiləri daha da qatılaşdırır…) Və əgər Xomeyni Parisdən İrana triumfla dönmüşdüsə, niyə Qurban Məmmədli Londondan belə bir zəfərlə Bakıya qayıda bilməsin?

Mənim onun qayıtmağı ilə işim yoxdur. (Hərçənd You Tube-da onun veilişlərinə baxan bir hneçə min adamın dəstəyilə belə bir qayıdış, əlbəttə mümkün deyil. Üstəlik bu bir neçə min «fanat»ın da əksəriyyəti boşboğaz, demaqq və zəvzəkdir, Qurban Məmmədlinin verilişlərinə şoulara baxdıqları kimi baxırlar, heç bir nizamlı siyasi fəaliyyətə qabil və əzmli deyildir, səviyyələri isə yazdıqları şərhlədrən bilinir).. Mənim işim imam Əlidən gətirilən sitatlarladır. Onlar hansı mənbədəndir? Əli nə isə deyibdisə, onu kim yazıb? Haçan yazb? Deyəndə? Ölümündən yüz il sonra, beş yüz il sonra? O sitatların Əliyə mənsub olduğuna nə sübut var? Həm də Əlidən yeni-yeni sitatlar gətirirlər – bu nə olan işdir? İnsan min üç yüz il qabaq öldürülüb…

Şiə ruhaniləri, indi onlara qoşulub onların başında durmaq arzusuna düşən Qurban Məmmədli Əlini ən yüksək əxlaqlı insan nümunəsi kimi qələmə verirlər. Bütün hallara uyğun gələn Əli sitatları var. Oturmaq, durmaq danışmaq, gülmək, arvad almaq, yemək, içmək, xəstələnmək, doğmaq, ölmək, boşamq – bunların hər birinə Əli ən müdrik rəyini verib ki, şiə cəmiyətinin nə məhkəməyə, nə müəllimə, nə həkimə ehtiyacı qalır.

Əlinin müstəsna düzlüyü, sadəliyi, qənaətcilliyi , icma malını göz-bəbəyi kimi qorumağı dillərdə dastandır. Şeyx Qurban Məmmədli nəql edir ki, bir gün — yəqin axşam, ya da gecə — həzrət Əli bir nəfərlə dövlət məsələlərini müzakrə edirmiş. Sonra keçirlər şəxsi söhbətə. (Yəqin təzə, sütül bir arvad almaq barəsində). Bu an həzrət Əli qabaqlarındakı şamı cəld söndürür, yanındakı mücrüdən şam çıxarıb onu yandırır. Həmsöhbəti təəccübünü bildirəndə həzrət Əli deyir ki, bayaq qabağımızda icma şamı yanırdı, biz də icma məsələlərini müzakirə edirdik. İndi şəxsi söhbıtə keçdik, təzə arvad almaqdan danışırıq, ona görə daha icma şamını yandıa bilmərəm, gərək öz şamımı yandıram, çünki mən Azərbaycan prezidenti kimi korrupsioner deyiləm…

Bunu şeyx Qurban Məmmədlidən eşidən soydaşlarımdan neçəsi həzrət Əlinin fövqəladə düzlüyünə heyran olaraq qəşş edib yıxılıb…

Şiə ölkələrində, o cümədən Azərbaycanın şiə hissəsində mollalar bu şam əhvalatıyla eşidənləri vəcdə gətirib ətək-ətək pul qazanırlar…

İndi qayıdaq şama. İcma şamına. Şam elə həzrət Əlinin vaxtında da elə bahalı şey olmazdı. Deyək ki, şəxsi söhbət zamanı şamın parası yandı —  bununla xəzinə dağıacaqdı?

Əlbəttə, mənə deyə bilərlər ki, məsələ qiymətdə deyil, nümunədədir, həzrət Əli icmanı icma malına hörmətə, sədaqətə öyrədir, bunu özündən başlayırdı…

Hə, özündən başlayırdı… Siz öləsiniz…

Siz bilən, bir arvad saxlamaq neçəyə başa gələrdi? Həzrət Əlini rəsmi 9 (doqquz!) arvadı olub. Çoxlu da kənizi. Bütün bu arvadlardan həzrət Əlinin 34 (otuz dörd!) uşağı olub. Bir kəndin adamıdr! Həzrət Əlinin nə qədər qazancı var imiş ki, bu qədər arvad-uşağı saxlaya bilirmiş? Nəzərə alın ki, bu on beş arvadın hər biri ayrı mülkdə yaşamalıydı! Və on-on beş arvad saxlayan kişi bəllkə də yeddinci əsrdə nümunə ola bilərdi. İndi ola bilməz. Belə adamlara arvadbaz, seksoqolik, seksual manyak, sekslə qayğılanmış deyirlər. Bu qədər uşağı istehsal eləmək üçün kişi gərək nəinki gecə, hətta gündüz də qan-tər içində çalışa…

Qurban Məmmədli öz qızını yəqin ki, yeddi-səkkiz arvadı olan kişiyə verməz. Hansı abırlı kişi qzını hərəmxanaya verər?

Və London şeyxi Qurban Məmmədlinin yadına salıram ki, icma şamını göz-bəbəyi kimi qoruyan Həzrət Əli peyğəmbərin əvvəl qızını, sonra nəvəsini alıb…

Həzrət Əlnin bir arvadı olsaydı belə, hətta İsa kimi arvadsız olsaydı belə o, indiki insan üçün nümunə ola bilməzdi. O insanlar quldarlıq dövrünün adamlarıdırlar. Onlar qul alıb-satıblar. Cəmiyyət qullara və qul sahiblərinə bölünüb. İnsan başı kəsmək toyuq başı kəsmək kimi bir şey olub. İndi hətta Azərbaycan kimi qəddar ölkədə də ölüm hökmü yoxdur. Qadınları hərəmxanaya yığmırlar.

Əlinin düzlüyü mifik yox, həqiq olsaydı belə indiki müsəlmanları oğurluq eləməkdən saxlaya bilməz. İnsanları qanunu pozmaqdan hüquq-nmühafizə orqanlarının saflığı, cəzanın qaçılmazlığı, dövlətin seçkili nümayədələr vasitəsilə, mətbuat vasiitəsilə xalq nəzarətində olmağı saxlaya bilər. Əgər dövlətdə bütün rəhbərlik oğrulardan ibarətdirsə, vətəndaşlar necə oğurluq eləməsinlər? Bəlkə də vətəndaş qonşu çəpərindən onun həyətinə uzanan budaqdan almanı ya narı dərməz, ya da dərib yiyəsinə qaytarar. Ancaq pis qorunan ya da yiyəsiz görünən dolu kisəni dalına atıb aparar. Çünki hamı oğurlayır – prezident, nazir, deputat, məmurlar. Kiçik adam, sadə insan oğurluq eləyəndə özünü oğru saymır, düşünür ki, ondan oğurlananın bir hissəsini qaytarır. Və oğurlamaqdan utanmır da. Utanmaq insan ləyaqətinin təzahürü, göstəricisidir..  Bu cəmiyyət isə insanı ləyaqətdəm mərhum edir, ləyaqətlə yaşamaq qanunsuz Kalaşnikov gəzdirmək kimidir, ləyaqətlə yaşamaq istəyənin günü qara olar…

Belə-belə işlər…

Nə şam, a kişi! On-on beş arvad, bir sürü uşaq… İndi özün hesabla bunun xərcini…

Şeyx Qurban! Burax bu işin başını. Get Londonda futbola, flarmoniyaya, operaya, get Gertsen gəzib-dolaşan yerləri gəz… Gertsenin kitablarını oxu. Təhsilini təkmilləşdir. Hərdən ağıllı nəvənə zəng vurub yaxşı söhbətlər elə….Kütlə rəhbəri olmaq iddian səni məhv edər…

Gecə öz puluna aldığın bir şamı yandırıb otur işığında, yaxşı fikirləş…

Mirzə Əlil

P.S. Qurban Məmmədliyə tənqidi münasibətimə baxmayaraq, qanlı «Tərtər işinin» araşdırılması sahəsində onun gördüyü işin müsbət tərəflərini yüksək qiymətləndirirəm. Və arzu edərdim ki, bu işi gələcəkdə manipulyasiyalarsız, əsl hüquqşünas və hüquq madafiəçisi kimi, napoleonluq iddialarından əl çəkərək aparsın.

M.Ə.

16. 01. 2022, Samara