Çexovun “Buqələmun” hekayəsinə nəzirə
Nazir Vilayət Eyvazov prezidentə məruzə edir.
— Əlahəzrət, iki nəfər antimilli ünsür heykəli zədələyib…
-Tez tutun
— Tutmuşuq, əlahəzrət.
— Hərəsinə on beş il. Yox, birinə on beş, o birinə iyirmi il. Hansı çox sağlamdırsa, ona iyirmi il, çünki on beş ilə ölməz… Mənim atamın heykəlini zədələyəni elə zədələrəm ki, heç İsrail həkiməri də düzəldə bilməz!
— Əlahəzrət, zədələnən ulu öndərin heykəli deyil, Hacı Zeynalabdinin heykəlidir.
— Vilayət, belə de də. Bu ayrı məsələ. Yəqin o uşaqlar zarafat eləyiblər. Hacı özü zarafatsevən olub. Yanından keçən adamı birdən qamarlayıb qıdıqlayıırmış…Ona görə mən onun heykəlini yerdən qoydum ki, gəlib-gedənlə zarafatlaşsın. O uşaqları buraxın getsin. İndi zarafatdan ötrü cavanları türməyə bassaq Avropa, Amerika bizə nə deyər?
— Deyər korrupsionerik…
— Onu deyə bilməzlər, qələt elərlər… Ancaq danışarlar boş-boşuna …Uşaqları buraxın…Ciblərinə də…
— Anaşa qoyaq?
— Yox, anaşa niyə? Cib xərcliyi qoyun… Gedib yeyib-içsinlər. Stress keçiriblər…
Mirzə Əlil
22.01. 2022, Samara