İOHAN GÖTE. GÖZ YAŞLARINDA TƏSƏLLİ

Без названия (19)

Söylə, niyə belə sn kədərlisən,
Hamı bəxtəvərkən həndəvərində?

Əlbəttə, əlbəttə, ağlamısan sən,
Görür hər kəs görür gözlərində də.

“Mən də ağlamışam düşüb təkliyə,
Bəllidir bu qüssə mənə, bu ağrı.

Yüngüllük, əminlik gəlir ürəyə,

Şirin göz yaşları elə ki axır”.

Dostlar çağırırlar, hamısı da şən,
Çəkinmə, hər biri ağuş açacaq.

Nələri, kimləri itirsən də sən,

Düşün ki, itkilər xeyrədir ancaq.

“Sizin kefiniz kök, yox anlayan ki,
Necə mən zavallı əzab çəkirəm.

Heç nəyim itməyib, yox mənim itkim,
Sıxır fəqət itki duyğusu möhkəm”.

Belədirsə əgər, tələsməlisən,

Yaşının yaz fəsli, qanın da qaynar.

Qüvvə aşıb-daşır bu yaşda ikən.

Göstər özünə ki, cürətin də var.

“Ah, çətin taparam cəsarəti mən,
Məndən uzaqlarda o yəqin gəzər.

Parlayır elə bil o, göy üzündən,
Başımız üstdəki ulduza bənzər.”

İnsan ulduzları arzulamır ki,

Həzz alır onların dəbdəbəsindən.

Heyran baxışlarla durub göz dikir,
Ulduzlu səmaya nəfəs dərmədən.

“Mən də heyranlıqla baxıram elə,

Gündüzlər, göy üzü işıqlı ikən.

Lütfən qoy ağlayım fəqət gecələr,

Ağlayım göz yaşım tüknənəcən”.

1827

almancadan tərcümə

16-17.04. 2022

+++++++++++++

Johann Wolfgang von Goethe

Trost in Tränen

Wie kommt′s, daß du so traurig bist,

Da alles froh erscheint?

Man sieht dir′s an den Augen an,

Gewiß, du hast geweint.

«Und hab′ ich einsam auch geweint,

So ist′s mein eigner Schmerz,

Und Tränen fließen gar so süß,

Erleichtern mir das Herz.»

Die frohen Freunde laden dich,

O komm′ an unsre Brust!

Und was du auch verloren hast,

Vertraue den Verlust.

«Ihr lärmt und rauscht und ahnet nicht,

Was mich, den Armen, quält.

Ach nein, verloren hab′ ich′s nicht,

Sosehr es mir auch fehlt.»

 —

So raffe denn dich eilig auf,

Du bist ein junges Blut.

In deinen Jahren hat man Kraft

Und zum Erwerben Mut.

«Ach nein, erwerben kann ich′s nicht,

Es steht mir gar zu fern.

Es weilt so hoch, es blinkt so schön,

Wie droben jener Stern.»

Die Sterne, die begehrt man nicht,

Man freut sich ihrer Pracht,

Und mit Entzücken blickt man auf

In jeder heitern Nacht.

«Und mit Entzücken blick ich auf,

So manchen lieben Tag;

Verweinen laßt die Nächte mich,

Solang ich weinen mag.»