UİSTAN ODEN. U.B. YEYTSİN XATİRƏSİNƏ

Qışın oğlan çağıydı o, dünyadan gedəndə,

Bulaqlar guz bağlayıb, boşdur aeroportlar.

Pozub abidələrin görkəmini yağan qar

Ölən günün ağzına dağılıb qalır civə

Bizdəki cihazların hər biri razıdır ki,
Soyuq, həm də qaranlıq gün idi o ölən gün.

Yatağından uzaqda

Qurdlar həmişəyaşıl meşədə qaçışırdı

Saymırdı dəbdəbəli sahiləri kənd çayı;

Yaslı dillər şairin

Şeirlərini yaxın qoymurdu ölümünə

Özü kimi o gün də sonuncuydu onunçun,

Şayiələr yayılan, dayələr yığılan gün.

Qiyamdı bədəninin hər bir əyalətində,

Boş idi meydanları fəqət şüurununsa.

Vardl müdaxiləsi sükutun ucqarlara

Hisslərinin kəsild axını; çevrildi o öz pərəstişkarına.

Dağılaraq neçə yüz şəhərin arasında

Naməlum duyğulara özünü təslim etmiş,

Ayrı meşədə indi tapsın səadətini,

Cəzalansın əcnəbi şuür məcəlləsiylə.

Ölü şəxsin sözləri

Yeni məna kəsb edir düşüb bağırsağına indi yaşayanlarn.

Sabahın həm küyündə, gərəkliyində həm də,

Vəhşi yək bağırırlar brokerlər birjada.

Çəkdikləri zillətə kasıblar alışıblar.

Hərə öz hücrəsində demək olar əmindir azad yaşadığına.

Bir neçə min adamın yadında qalar bu gün,

Necə yadda qalır gün nə isə qeyri-adi bir iş görmüsən əgər.

Bizdəki cihazların hər biri razıdır ki,
Soyuq, həm də qaranlıq gün idi o ölən gün.

II

Səfehdin bizim kimi; istedadınla ancaq hər şeyi üstələdin:

Dövlətli qadınların sənə pərəstişini, fiziki tənəzzülü,

Özünü də. Divanə İrlandiya şeirlə səninağlını aldı.

İrlandiyada həmin dəlilik, həmin hava indinin özündə də.

Heç nəyi poeziya çünki dəyişmir, ancaq yaşayıb durur elə,

Özünün yaratdığı vadidə, məmurların yoxdur orda həvəsi,
Hər işə qarışmağa, şeir də beləliklə axır cənuba doğru

Təklik rançolarından, yeknəsəq iş gətirən və qəlb sıxan qüssədən

Gedir nəm şəhərlərə — onlara inanırıq, onlarda ölürük biz,

Şeir isə yaşayar, üstələyər bir zaman onu demiş ağızı.

II

Fəxri qonaq gəlir, torpaq, qəbul et,

Qoynunda dincələr Uilyam Yeyts.

O, şeirlə dolu İrland camıydı,
Boşalıdı, qoy burda uzansın indi.

=

Earth, receive an honoured guest:
William Yeats is laid to rest.
Let the Irish vessel lie
Emptied of its poetry.

=

Bütün Avropanın hürür itləri,

Gecə zülmətində tükü ürpədir,

Yaşayan millətlər gözləyir yenə,

Hər biri pərçimdir öz nifrətinə.

İndi intellektual rüsvayçılığı,
Hər üzdən, görərsən, üzünə baxır.

Mərhəmət dənizi bu zaman ancaq

Gözlərdə qapanıb, donub qalaraq.

Get şair, nə qanrıl, nə də nəfəs dər,

Gecənin dibinə çatana qədər,

Sakitcə, tarıma çəkmədən səsi,
Ver bizə həyata məhəbbət dərsi.

Dayanmadan əkib-becərib şeir,
Bir üzüm bağına lənəti çevir,

Uğursuzluğa da nəğmə həsr elə

Qanın qaynayanda fəlakət ilə.

Və qoy ürəyinin səhralarında

Fəvvarələr vursun ruhu sağaldan.

Öyrət bu günlərin zindanında sən

Azad insn necə şükr söyləsin.

fevral 1939

ingiliscədən tərcümə

31.05-02. 2022, Samara

+++++++++

In Memory of W. B. Yeats

by W. H. Auden

He disappeared in the dead of winter:
The brooks were frozen, the airports almost deserted,
And snow disfigured the public statues;
The mercury sank in the mouth of the dying day.
What instruments we have agree
The day of his death was a dark cold day.Far from his illness
The wolves ran on through the evergreen forests,
The peasant river was untempted by the fashionable quays;
By mourning tongues
The death of the poet was kept from his poems.

But for him it was his last afternoon as himself,
An afternoon of nurses and rumours;
The provinces of his body revolted,
The squares of his mind were empty,
Silence invaded the suburbs,
The current of his feeling failed; he became his admirers.

 —

Now he is scattered among a hundred cities
And wholly given over to unfamiliar affections,
To find his happiness in another kind of wood
And be punished under a foreign code of conscience.
The words of a dead man
Are modified in the guts of the living.

But in the importance and noise of to-morrow
When the brokers are roaring like beasts on the floor of the Bourse,
And the poor have the sufferings to which they are fairly accustomed,
And each in the cell of himself is almost convinced of his freedom,
A few thousand will think of this day
As one thinks of a day when one did something slightly unusual.

What instruments we have agree
The day of his death was a dark cold day.

II

You were silly like us; your gift survived it all:
The parish of rich women, physical decay,
Yourself. Mad Ireland hurt you into poetry.
Now Ireland has her madness and her weather still,
For poetry makes nothing happen: it survives
In the valley of its making where executives
Would never want to tamper, flows on south
From ranches of isolation and the busy griefs,
Raw towns that we believe and die in; it survives,
A way of
happening, a mouth.

III

In the nightmare of the dark
All the dogs of Europe bark,
And the living nations wait,
Each sequestered in its hate;

=

Intellectual disgrace
Stares from every human face,
And the seas of pity lie
Locked and frozen in each eye.

=

Follow, poet, follow right
To the bottom of the night,
With your unconstraining voice
Still persuade us to rejoice;

=

With the farming of a verse
Make a vineyard of the curse,
Sing of human unsuccess
In a rapture of distress;

=

In the deserts of the heart
Let the healing fountain start,
In the prison of his days
Teach the free man how to praise