ƏL MUTAFFİFİN SURƏSİNƏ BƏNZƏTMƏ

83_sura_mutaffifin

Vay olsun halına o kəslərin ki,

Çəkidə, ölçüdə kələk gəlirər.

Ölçünü güdürlər onlar alanda
Tərəzi basırlar verən zamanda.

Məgər düşünürlər onlar, haçansa,

Möhtəşəm gün üçün diriləcəklər?

Aləmlər Ağası önündə o gün,

İnsanlar cəm olub dayanacaqlar.

Yox, əsla yox! Axı bədəməllərin,
Kitabı, əlbəttə ki, Siccindədir!

Bəs sən Siccin nədir – dərk edirmisən?

Qeydlər və hesablar kitabıdır bu!

O gün vay halına yalan sayanın!

Onlar Din gününü yalan sayıblar!

Azğın günahkardır o kəslər ancaq.

Elə ki oxunur ayələrimiz,
Deyirlər  köhnənin nağıllarıdır.

Yox, əsla!  Onların ürəklərini,
Örtüb indiyəcən eşitdikləri.
Yox əsla! Gələndə o gün Tanrını,

Onlardan bir pərdə ayıracaqdır.
Cəhənnəm oduna sonra girərlər.

Sonrasa onlara deyilər: “Bu da,
Yalan saydığınız nədirsə, odur”.

Yox əsla! Kitabı düzəməlllərin,

Axı həqiqətən İlliyundadır.

Necə dərk edərsən İlliyun nədir?
Qeydlər, hesablar kitabıdır bu!

Şahidlik edəcək ona yaxınlar,

Günləri xoş keçər xoşəməllərin
Taxtlara uzanıb seyrə dalarlar.

Bəxtəvərlik yağar çöhrələrindən,

Möhürlü, saf içki alıb içərlər.

Möhürü müşkdür; Ona təşnələr,
Gərək səy edələr ona yetməyə.

Onun qatqısı var Təsnim suyundan,

Allaha yaxınlar ondan içərlər.

Həqqətən iman gətirənləri

Lağa qoyurdular günah edənlər.

Keçəndə yanından inananların.
Onlar bir-birinə göz vururdular.

Ailə içində, evə dönəndə,
Lağla gülürdülər yenə də onlar.

Möminləri görüb söyləyirdilər:
“Bunlar azmışlardır həqiqətən də”.

Onları göndərən yox idi hərçəd,

Möminlər üstündə keşik çəkməyə.

İman gətirənlər həqiqətən də,
O gün kafirlərlə gülərlər hökmən,

Taxtlarda uzanıb seyrə dalaraq.

Kafirlər törədən bəd əməllərinsə
Nə oldu dəyəri, mükafatı bəs?

18-19. 09. 2022, Samara