Ad çıxardın sən uşaqkən hələ Salyanda, Həbib!
Sevdi minlər səsini sonra da Şirvanda, Həbib!
+
Tərk edib musiqini dilçilyə meyl elədin,
Tanrının vergisi varmış, deməli, canda, Həbib!
+
Bitirib əzm ilə Piterdə universiteti,
Elmdə şan da qazandın sən az zamanda, Həbib!
+
Səy və zəhmətlə açıb xalqa İndoneziyanı,
Dilini yaydın onun Azəribaycanda, Həbib!
Çox səfərlər elədin həmçinin avropalara,
Dərsinin feyzini daddı sivil insan da, Həbib!
+
Sənətə, elmə və tədrisə həvəs səndə ki, var,
Çox çətin ki, tapıla indi min cavanda, Həbib!
+
Yenə bir gün yolumuz bəlkə də Salyana düşər,
Oturub çay içərik bir sərin eyvanda, Həbib!
23.09. 2022, Samara