RƏSUL HƏMZƏTOVUN GEDİR YERLİSİ…

U LENİ. KİNO

Yüzlərlə, minlərlə qalxıb ayağa,

Putin Ukraynaya girəndən bəri

Rəsul Həmzətovun həmvətənləri

Gedirlər savaşda pul qazanmağa.

 +

Təpikdə, yumruqda kim ki, çevikdir,

Çənə dağıdan da, qulaq cıran da,

Badalaq quran da, bıçaq vuran da,
Adam öldürməyə günəmuzd gedir.

 +

Özgə qoltuğunda qərar tutan xalq!

Çənə dağıtmaqda usta, peşəkar!

Özünü azad və əyilməz sayar,

Özgəyə xidmətlə yaşayar ancaq.

 +

Həmzətov Rəsulun gedir yerlisi,
Gedir həmvətəni, soydaşı gedir,

Ukrayna dağlıya qazanc yeridir,
Qazanır ölüsü, həm də dirisi.

 +

Yalandır, əlbəttə, durna söhbəti,

Tankda ya səngərdə yanıb qaralan,
Raketlə ya külü göyə sovrulan

Muzdlunun heçlikdir yeri əbədi.

 +

Dönməz ağ durnaya Rəsul deyən tək,

Kim qazanca gedib qan tökər, ölər.

Yəqin bir ağ Lada ala bilərlər,
Putindən evinə qan pulu gəlcək.

 +

Rəsul Həmzətovun həmvətənləri —

Ləzgi, tabasaran, avar ya da ki,

Muzdla qan axıdır, muzdla qan tökür,

Putin Ukraynaya girəndən bəri.

 +

Özgə qoltuğunda ömür sürən xalq,

Özü xəbərsizdir köləliyindən,
Şücaət göstərib ölər bəlkə də,

Çevrilməz qanadlı quşlara ancaq.

 

18. 10. 2022, Samara