YADULLA MƏFTUN: «ALƏMDƏ QARANLIQLAR ƏGƏR BİRLƏŞƏ BAHƏM…»

yadulla məftun

2022-ci il dekabrın 1-də azərbaycanlı şair Yadulla Məftun Amini Tehranda vəfat etmişdir. Şair doğulduğu Sayın Qalada dəfn edilib.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی; 12 iyun 1926SayınqalaQərbi Azərbaycan ostanı – 1 dekabr 2022Tehran) — azərbaycanlı şair.

Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır.

Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.

vikipediya

+++++++++++++++++

Şairin ayrı-ayrı şeirləridən bu iki fraqment Tvitterdən götürülüb. Sosial şəbəkədə  çoxlu istifadəçi şairə böyük hormət və sevgisini ifadə edir. 

Çox əlləşdin sənə aslan desinlər,
Qoç oğlan ya igid tərlan desinlər.

Əzizim, cəhd elə bunlardan artıq,

Sənə insan, fəqət insan desinlər.

yadullah

++++++++++++++++++

Həqq sel kimi dəryaya axıb yol tapacaqdır,
Daş atmağilən heç kim onu döndərə bilməz.

Aləmdə qaranlıqlar əgər birləşə bahəm,
Bir xırdaca şamın işığın söndürə bilməz.

+++++++++++++++++++++++++++++++++

Nə yazmışdln «baharın xoş!» əzizim,
Bu yerdə sən gedən gündən payızdır…