(Fraqment)
1 Birinci çevrədən beləcə düşdüm
İkinciyə; bura çox kiçiksə də
Böyükdür nalələr qaldıran zülm.
+
4 Müdhiş Minos nərə çəkir hikkədən,
İstintaq aparır, girişi kəsib,
Hökmü quyruğuyla çıxarır hərçənd.
+
7 Deyim: bədtəbiət ruhu hər kəsin.
Dayanır önündə tam etirafla;
Və bu yaxşı bilən günahı, pisi,
+
10 Baxır, Cəhənnəmdə gedəcək hara;
Quyruğu özünə dolanan qədər
Ruh enə pillələr gərək o sayda.
13 Kütlələr həmişə önündədirlər;
Ruhlar məhkəməyə gedir durmadan,
Deyib-eşidən tək qərq edilirlər.
+
16 “Sən ey bu hüznlü məkana varan”, —
Dedi məni görüb önündə Minos,
Öz mühüm işini kəsərək bir an.
+
19 “Bax, necə girirsən, yanında kim bəs?
Aldanma qapının genliyinə sən”.
Rəhbərimsə dedi: “Qışqırığı kəs…
italyancadan tərcümə
mart 2023, Samara