“Pulun var?” “Əlbəttə, var, niyə yoxdur? —
Dollarım, avrom var, manatım da var.
Kartda olanı var, nağdı da çoxdur,
Şuşanı alaram, əgər satsalar…”
+
Ana qucağından təzə ayrılan,
Ölərkən Şuşanı azad edərək,
Bir gün də kefindən qalmayan insan,
Şuşaya tələsir indi turist tək.
+
Getdi tək oğul da, getdi yetim də,
Eyibli səfərbər, şikəst səfərbər.
Neçə yurdda işıq söndü əbədi,
Kasıbdır qanıyla qazanan zəfər.
+
Qan axıtdı, öldü Şuşa əsgəri,
Şəhəri dumandan seçməmiş hələ,
Təltif etdi onu ölkə rəhbəri,
Üçüncü dərəcə dəmir medalla.
+
Əsgəri borcundan, əsgər adından,
Yayınan, kefindən qalmayan insan,
Şuşaya turist tək tələsir indi,
Gedir qatil kimi, vicdanında qan…
23.03. 2023, Samara