(FRAQMENT)
1 Bir uca sahilin qırağında lap,
Nəhəng kəsəklərin topu üstünə,
Çıxdıq, altda isə qorxulu girdab.
+
4 Və orda girdabdan göyə yüksələn,
Dəhşətli üfunət məcbur elədi,
Qapağı dalına keçib gizlənək.
+
7 Böyük məqbərənin. Yazılı idi
Üstü: “Fotin doğru yoldan azdıran,
Papa Anastasi burdadır indi”.
+
10 “Yavaş-yavaş düşək aşağı burdan,
Burnumuz tədricən alışar onda
Pis iyə, bilmərik onu sonradan”.
+
13 Ustad belə didi. Mən cavabında:
Vaxtımız boş keçməz, məşğələ tapsaq”.
Və o: “Düşünürdüm bu haqda mən də”.
+
16 “Oğlum, içəridən bu daşlığa bax, —
Dedi o, — Orda üç xırda çevrə var,
Silsilə tək, əvvəl gördüyün sayaq.
+
19 Məlun ruhlar ilə doludur onlar;
Bircə baxışın da bəs elər yəqin,
Biləsən nə üçün cəzalanıblar.
+
22 Göylərdə nifrətə layiq hər kinin
Sonu inciklikdir; və belə son ya,
Zorun nəticəsi, ya da kələyin.
+
25 Kələk insana xas ayıbdır amma,
Tanrıya xoş deyil; lap dibə enər,
Kələkbaz, ağırdır əzabları da…
aprel 2023, Samara