BÖYÜK ADAM

Müxtəlif adamlar həyatda gördüm,
Onların çox olub yaxşıları da.

Onlar olmasaydı, çoxdan ölərdim,

Ölərdim, yaddan da çıxarardılar.

 

 

 

Ürəyi yananlar, qəlbi incələr,
Sirri saxlayanlar partizan kimi.

Söhbəti sevənlər uzun gecələr,
Qulaq kəsilənlər danışan kimi…

 

 

 

Olublar, olublar… elə indi var,
Yaxşı adamların tumu kəsilmir.

Elə ki, ya ürək, ya baş ağrıyar,
Salırsan adbaad yadına, bir-bir…

 

 

 

Böyük adamlar var həyatda ancaq,

Nə yaxşı, nə pisdir, böyükdür onlar.

Onlar həm mayakdır, onlar həm dayaq,
Onlarda rəhbərlik cəsarəti var.

 

 

 

Yaralı olasan, azarlı ya da
Çəkər keşiyini, qaldırar hökmən.

Şir ürəyi olur böyük adamda,
Və sığır kiçik bir bədənə bəzən.

 

 

 

İşi bitirməyə həvəsləndirər,
İşi bitirdinsə — göyə qaldırar.

Əlindən yapışar, səninlə gedər,

Keçməli olanda sudan ya oddan.

 

 

 

Çəkidən ağırlar, boydan ucalar,

Qolu güclülər də dost olub mənə.

Onların içində yaxşısı da var,
Ancaq eləsi yox “böyük” adlana.

 

 

Onlar dayanıblar mən dayananda,
Odu söndürüblər, sudan qaçıblar.

Olub işdən-gücdən soyudanı da,
Yaxşı adamın da cürbəcürü var…

 

 

Yaxşını çox gördüm, böyük görmədim,

İşlərim dağınıq, həyatım viran.

Kim bilir, qabağa mən də gedərdim,

Rastıma çıxsaydı, böyük bir insan.

 

 

 

Dağı dağ üstünə bəlkə qoyardm,
Dönərdim millətin qəhrəmanına,
Bəlkə zirvələrə qonardı adım,
Gərək rast gələydim böyük insana…

 

 

Rastıma çıxsaydı böyük bir insan,
Onu ümid sanar, pənah sanardım.

Onun ətəyindən yapışıb hər an,
Bəlkə də Tanrıdan mən yayınardım.

 

 

Çəkilib gedərdi dadı zəhmətin,
Ürək sevinməzdi, gəlsə də uğur.

Böyük adamdısa verən neməti,

Aldığın pay olur, sədəqə olur.

 

Gedirəm, dalımda yüküm, durmadan,
Sadə sırasında qarındaşların.

Çıxmadı qarşıma heç Böyük adam,
Şükür sənə, Tanrım, belə yaxşıdır.

 

23-24. 04. 2019

Samara

Реклама

MİXAİL LERMONTOV.  DUA

LERMONTOV

Молитва

 

Demə günahlı bəndənəm, Tanrım,

Və asıb-kəsmə məni, yalvarıram,

Ki, torpağın məzar qaranlığını,
Sevirəm ehtiraslarıyla tamam.

 

 

Ki, girir ruhuma yalnız hərdən,
Adınla bağlı sözlərin nuru.
Ki, uzaqlardadır ağlım səndən,
Dolaşır zülməti, qəflətdə durur.

 

 

Ki, coşur, qaynayır sinəmdə mənim,

İlhamımdan yaranan vulkanlar.

Ki, qaraldır gözümün aynasını,

Candakı vəhşi, qızğın həycanlar.

 

Ki, bu dünya mənə dardır çoxdan,
Qorxuram mən sənə nüfuzdan da.

Günahlı mahnı səsləriylə hər an,
Sənə mən etmirəm, İlahi, dua.

 

 

Hər şeyi yandırıb-yaxan ocağı,

Tanrı, bu möcüzəni söndür sən,

Toxtayım, aləmə sakitcə baxım,
Qəlbimi, Tanrı, daşa döndər sən.

 

 

Qurtarım qoy, Yaradan, azad olum,
Bəlalı nəğmə təşnəsindən mən.

Çıxaram onda dar xilas yoluna,

Tutaram üz sənə, Tanrım, yenidən.

 

1829

Ruscadan tərcümə

22.04. 2019, Samara

 

Лермонтов М.

 Молитва

 

Не обвиняй меня, всесильный,
И не карай меня, молю,
За то, что мрак земли могильный
С ее страстями я люблю; Читать далее

  MİXAİL LERMONTOV. XƏNCƏR

LERMONTOV

Кинжал

 

Sənə məhəbbətim var, məim polad xıncərim,
Dostsan soyuqqanlı sən, işıqlı yoldaş mənə.

İntiqam üçün döyüb səni gürcünün əli,
Çərkəz itiləyibdir amansız döyüşlərə.

 
Bəyaz incə bir əldi mənə verən bir zaman,

Səni hədiyyə kimi ağır ayrılıq anı.

Və ilk dəfə tiyəndn axan da deyildi qan,
İşıqlı göz yaşıydı – incisi iztirabın.

 

 

Onun sirli kədərlə dolu qara gözləri,
Gözlərimə zilləninb donub qaldığı anda,

Qığılcım saçırdı gah, gah da öləziyirdi,

Sənin poladın kimi titrək od işığında.

 

 
Tale yoldaşısan sən, rəhni lal məhəbbətin,

Gərəkli nümunəsən sərsəriyə sən necə!

Bəli, dəyişmərəm mən və ruhum qalar mətin,
Mənim polad yoldaşım, sənin kimi eləcə, sənin kimi eləcə.

1837-1838

Ruscadan tərcümə

21-22.04. 2019, Samara

 

Кинжал

Люблю тебя, булатный мой кинжал,
Товарищ светлый и холодный.
Задумчивый грузин на месть тебя ковал,
На грозный бой точил черкес свободный. Читать далее

VLADİSLAV XODASEVİÇ.  ÜRƏK

hodasevich

             Владислав Ходасевич

               Сердце

Bayılma – ayılma – bayılma yenə…
Ürəksə simicdir, xisləti ağır,
Toplayır bir ucdan ötən hər anı
Nəhəng bir qurğuşun mücrüyə yığır.

 

 

Ayılsam gecənin bir aləmi də,
Yorulub can üzən sayıqlamadan,
Ürək kisə-kisə zirzəmilərə,

Səpir, üzülsə də necə yük altda.

 

 

Hərdənbir azacıq  yavaşısa da,

Kar döyüntüləri ürəyin əgər,

Sandığa atılan əşrəfilərdən

Qopan səs aydınca mənə yetişər.

 

 

Və çəkidən ağır çox çekinləri,
Eləcə çox saxta gineyaları,
Mənim ölüm anım gələr elə ki,

Kölgə bahadırlar yağmalayarlar.

 

1916

Ruscadan tərcümə

28 mart 2019, Samara

 

Сердце

Забвенье — сознанье — забвенье.. 
А сердце, кровавый скупец, 
Всё копит земные мгновенья 
В огромный свинцовый ларец. 
Читать далее

VLADİSLAV XODASEVİÇ. XATİRƏ

hodasevich

        Владислав Ходасевич

Воспоминание

Bir cüt qızılgülü mənə gətirdin,

Burda, bu quyunun başında bir gün,
Xumar ehtirasdan qorxaraq yəqin,

Səndən almadım al qızılgülləri.

 

 

Söylədim: “Bağışla məni, Alina
Dəfnədən əklildir yaraşan mənə.

Bir də ki, gümüşü qızılgülləri
Arzuların, dərin düşüncələrin.

 

 

İndi nə Alina var bu həyatda,

Nə də o quyudan indi su axır.

Mən isə tək-tənha qayğısındayam
Mavi qızılgülün – qocalığımın.

 

Kişili-arvadlı qonşular tamam,

Evimə tezliklə yığılıb gələr,
Görsünlər yuxuya necə dalmışam,

Ölümün ağ, xumar qızılgülüylə.

 

Qeyd: Şeirin orijinalı qafiyəsizdir

Ruscadan tərcümə

27. 03. 2019, Samara

Воспоминание

Здесь, у этого колодца, 
Поднесла ты мне две розы. 
Я боялся страсти томной — 
Алых роз твоих не принял. 

 

Я сказал: «Прости, Алина, 
Мне к лицу венок из лавров 
Да серебряные розы 
Размышлений и мечтаний». 

 

 

Больше нет Алины милой, 
Пересох давно колодец, 
Я ж лелею одиноко 
Голубую розу — старость. 
Скоро в домик мой сойдутся 
Все соседи и соседки 
Посмотреть, как я забылся 
С белой, томной розой смерти.

Владислав Ходасевич, 19 ноября 1914

 

EMİN MİLLİNİN DALQABAQ SABUNU

EMIN_MILLI

Məlumdur ki, biz azərbaycanlılarda sabun adı iki cürdür: paltar sabunu və əlüz sabunu. Paltar sabunuyla, əlbəttə, paltar yuyurlar. O ki qaldı əlüz sabununa, burda məsələ bir az dolaşıqdır. Necə yəni əlüz? Bəs bədənin qalan yerləri? Onların sabunu ayrıdır? Varsa, adı nədir…

Eşitdiyimə görə, çox insan var ki, indiyəcən lap hamamda sabunla əlini və üzünü yuyur, qalan yerlərini isə elə yavan-yavan yaxalayıb qurulanır…

Ona görə də bizim gözəl dilimizdə hansı bir yerəsə sabunsuz girmək ifadəsi var. Yəni bunu belə başa düşmək olar ki, həmin yerin sabunu yoxdur və məcbur olanda ya şeytan vadar edəndə elə sabunsuz girirsən…

Deyirlər ki, Qərbdə yaşayan gözəl jurnalist və siyasətçi Emin Milli bu məsələnin həlli ilə məşğuldur. Yəni cənab Emin orda sabun istehsalına başlayıb, özü də hər yerin sabunu ayrı: baş sabunu, ayaq sabunu, qabaq sabunu, türkün məsəli, dal sabunu…

Bu yaxınlarda Emin Milli Azərbaycana gəlmək və özü ilə qayırdığı sabunlardan bir kisə gətirmək fikrindədir. Özü də sabunun gözəlliyini, onunla hər deşiyə girməyin mümkün olduğunu Emin bəy şəxsən prezident İlham Əliyevə nümayiş etdirmək fikrindədir…

Tez gəl, ay Emin Milli. Bizim millətə bu dalqabaq sabunu çox lazımdır. Bizdə çox adam çox yerə girmək istəyir, girə bilmir, pərçim olub qalır…

Gəl, gətir o sabundan…

Mirzə ƏLİL

17.03. 19

Samara

SAŞA ÇORNI. SADƏ SÖZLƏR

Saşa_Çornı.jpg

                 Çexovun xatirəsinə

Саша Черный

(1880-1932)

               Простые слова

 

Uğur üç aylıqdır indiki vaxtda,

Daş atsan, dahiyə dəyəcək hökmən.
Müdrik-həyəcanlı Çexov, daha da,
Sən bizə yaxinsan bu gün dünəndən.

 

 

Oyatmaq istədin, inanmasan da.

Qazırdın sonacan, qaszırdın dərin.

Həqir təbəssümlə qınamısan da,

Yurdu və Atanı Təhqir edəni.

 

 

Sən aramızdaydın, aydın, həm incə
Hədsiz sadə idin və hədsiz açıq.

Görürdün bədbəxdir dünyamız necə,
Görüb üzülürdün necə çılpağıq…

 

 

Getdin. Ağrımızsa daha da artdı:

Kitbablar çoxalıb, ah nə çox kitab!

Gün-gündən lənətli çevrəsə dardır

«Çexov» buxovunu çətin ki qıraq.

 

 

Gülür, ağlayırdın, qisas alırdın.

İrinli yaranı açdığın zaman.
İndi hər şey açıq. Necə ağırdır,

Görüb çürüyəsən, amma susasan.

1910

Ruscadan tərcümə

16-17. 03, 2019, Samara

ALEKSANDR BLOK. “CANIM RUSİYA, BİRGƏ CAN ÜZƏK YENƏDƏMİ?”

БЛОК

«Русь моя, жизнь моя, вместе ль нам маяться?…»

Canım Rusiya, birgə can üzək yenədəmi?

Çar və bir də ki, Sibir, Yermak, bir də ki, türmə!

Ayrılmağın, tövbənin vaxtı deyimi indi,

Azad qəlblərə sənin zülmətlərin gərəkmi?

 

 

Vardı bildiyin nəsə? İnanırdın Tanrıya?

Sənin nəğmələrindən hansı məna anlanar?

Çud[i] hoqqalar çıxardı, bataqlıqları Merya[ii],
Qurudaraq saldı qat[iii]lar  və verst dirəkli yollar…

 

 

Çaylarda qayıqları, şəhərləri qırırdın,

Gedib çatmadın ancaq müqəddəs Çarqrada

Çöllərə şahinləri, sonaları yayırdın,
Çöllərdən axıb elə toran qəldi qapqara.

 

 

Qara dənizdən dala, Ağ dənizdən o yana,

Gecənin zülmətində və gündüz işığında.
Baxır donuq lal üzlər, vəhşi kimi boylanır,

Od səpilir elə bil tatar baxışlarından.

 

 

Yurdunun, yatağının hər gecə üstündədir

Sakit, uzun qızartı, qayğı, təlaş oyadan.

Sən ey yuxulu ilğım, səndəki hikmət nədir?

Azad ruhumla bəlkə bu sənin oyunundur?

28 fevral 1910

Ruscadan tərcümə

12.03. 2019

Samara

[i] Çud – qədim rus dilində pribaltika və fin tayfalarının adı

[ii] Merya – Yuxarı Gjvoljyedə yaşamış qədim tayfanın adı

[iii] Qat – bataqlıqdan və qurunun su basmış hissəsindən tir döşəməklər çəkilən yol

ALEKSANDR BLOK. «ƏGƏR DOĞULUBSA KAR İLLƏRDƏ KİM…»

БЛОК

 Z.N. Qippiusa

Рожденные в года глухие

Əgər doğulubsa kar illərdə kim

Unudar yolunu; Rusiyanın biz

Ağır illərində dünyaya gəldik,

Heç nəyi unutmaz bizim qəlbimiz.

 

 

 

Ah, bizi yandırıb-yaxan bu illər!

Ağıl aparansız ümid verən ya?-

Üzlərə yayılan qanlı şölələr,

Savaş günlərini gətirər yada.

 

 

 

Lallıq var – həyəcan harayı yəqin,
Dinəndən ağızlar qıfıllanıbdı.

Haçansa ürəklər sevinclə zəngin,

İndisə boşluq var məşum, əbədi.

 

 

Və qoy bizim ölüm yatağı üstdə,
Quzğunlar qıy vurub uçuşsun yenə.

İlahi, kim əgər ləyaqətlisə,
O da qədəm bassın səltənətinə.

 

8 sentyabr 1914

Ruscadan tərcümə

09.03. 2019

Samara

UİSTAN ODEN.   QAPI

richard _wilbur

  WYSTAN AUDEN 

               THE DOOR

 

Bizim gələcəkdir, girir qapıdan,
Cəllad tək, qanun tək, başsındırma tək.

Ya Karaliçadır qanı da qara,

Gicləri araya qoyan ya Təlxək.

 

 

Ondan göz çəkmir ki, böyük şəxslər,
Keçmişi buraxar toranda birdən.

Missioner kimi baxıb irişən
Dul qadın, köpüklü ya da sel gələr.

 
Qorxanda dalına yığırıq nə var,

Ona çırpılırıq ölüm gələndə

Haçansa bir dəfə o, açıq qalar,

 

 

Möcüzəli yurdu görər Alisa

Qızı bu günəşdə çimən diyarsa
Ağladar çox xırda göründüyündən.

 

İngiliscədən tərcümə

06-07. 2019

Samara