Архивы

Uilyam BLEYK. ÖZGƏ DƏRDİ HAQQINDA

B 1

Özgə görürəmsə kədərli baxır,
Mən necə sevinə bilərəm axı?

Özgə görürəmsə gəzir qüssəli,
Mən necə verməyim ona təsəlli?

 

 

Özgə yaş axıtsa yanımda əgər,
Necə ürəyimi sıxmasın kədər?
Ata uşağını görsə ağlayır,

Necə ürəyini almasın ağrı?

 

 

Körpə çığırarsa qorxudan əgər,
Sakitcə oturar anası məgər?

Belə şey mümkün deyil!

Heç zaman mümkün deyil!

 

 

Sevinə bilərmi O Kəs, gülərmi,
Duysa quşcuğazın səsində qəmi,

Görsə zavallını üzür qayğılar,

Görsə bir uşağın ağır dərdi var,

 

 

 

Gəlib oturmazmı yuva yanında,
Quşu ovutmazmı O Kəs bir anda?

Gəlib oturmazmı beşik önündə,

Layla da deməzmi körpə dinəndə?

 

 

O Kəs sevincini hər kəsə verər;
Məsum körpəyə də O Kəs çevrilər;

Dərd çəkən insana dönməyi də var,
Hər  kəsin qəlbində dərdi də duyar.

 

 
Düşünmə ahını yox bilən, duyan,

Düşünmə uzaqsan Yaradanından.

Demə ki, gözündə yaş gilələnməz.

Əgər Yaradanın yaxın deyilsə.

 

 

Ah, o, seincini bizə bağışlar,
Belə dərdimizi dağıtmağı var.

Qüssə qəlbimizdən gedənə qədər,
Yanımızda olar, bizimlə inlər.

 

1784-89-cu illər

İngiliscədən tərcümə

14.03. 2020, Samara

 

On Another’s Sorrow

 

Can I see another’s woe,

And not be in sorrow too?

Can I see another’s grief,

And not seek for kind relief? Читать далее

UİLYAM BLEYK. DAYƏNİN NƏĞMƏSİ

NPG 212; William Blake by Thomas Phillips

Çəməndə  səs-səsə  verir uşaqlar,
Gülüş eşidilir təpə başından.

Sinəmdə ürəyim arxayın vurar,
Sakit, qorxusuzdur, bilirəm, hər yan.

 

 

“Uşaqlar, gün gedir, qayıdın daha,
Bir azdan çəmənə soyuq şeh dəyər.

Bəsdir oynadınız,  dağılın ordan,

Səhər gün təzədən doğana qədər”.

 

 

“Qoy hələ oynayaq, hələ ertədir,

Gəlməz gözümüzə yuxu indidən.

Hələ quşcuğazlar göy üzündədir,

Qoyunlar bürüyüb təpələri də”.

 

 

“Yaxşı, nə qədər ki, hələ işıq var,
Oynayın, sonrasa qayıdın dala”.

Qışqırır, gülüşür, qaçır uşaqlar,

Dinir təpələr də əks-sədayla.

 

1790-cu illər

İngiliscədən tərcümə

13.03. 2020, Samara

 

 

Nurse’s Song

When the voices of children are heard on the green
And laughing is heard on the hill,
My heart is at rest within my breast
And every thing else is still. Читать далее

 UİLYAM BLEYK. PƏLƏNG

NPG 212; William Blake by Thomas Phillips
Pələng, məşəl kimi parlayıb gedən,

Gecənin qaranlıq meşələrində;

Hansı ölməz gözlə, ölməz əllə ya,

Yarandı səndəki bu simmetriya?

 

 

Dərayalar dibinə, göylərə ya da,
Baş vurdu gözündə odu yaradan?

Hansı qanadlarla qalxdı, şığıdı,
Hansı əl bu odu ovcuna yığdı?

 

 

Tyger Tyger, burning bright,
In the forests of the night;
What immortal hand or eye,
Could frame thy fearful symmetry?

 

 

Hansı sənətkarın toxudu əli,

Sənin ürəyində əzələləri?

Sinəndə döyüntü başlayan anda,
Əsmə qopmadımı əl-ayağında?

 

 

O necə zəncirdi, necə çəkicdi,
Beynin bəs körükdə necə bərkidi?

O nə zindan idi? Hansı yumruğun,

Çatdı cəsarəti boğa qorxunu?

 

Ulduzlar nizəni yerə atanda,
Ağlayıb göyləri isladan anda:

Güldümü, işini gördüyü zaman?

Səni də yaratdı Quzu yaradan?

 

 

Pələng, məşəl kimi parlayıb gedən,

Gecənin qaranlıq meşələrində;

Hansı ölməz gözlə, ölməz əllə ya,

Yarandı səndəki bu simmetriya?

 

İngiliscədən tərcümə

12.03. 2020, Samara

 

The Tyger
In what distant deeps or skies.
Burnt the fire of thine eyes?
On what wings dare he aspire?
What the hand, dare sieze the fire? Читать далее

Uilyam BLEYK INSANIN MAHİYYƏTİ

Uilyam BLEYK

                                  (1757-1827)

                                        Pity would be no more…

INSANIN MAHİYYƏTİ  

 

Bəlkə  də olmazdı Rəhmə ehtiyac,

Soyub çoxlarını qoymasaydıq ac.

Bəlkə də bilməzdik nədir Mərhəmət,

Hər insan olsaydı biz kimi xoşbəxt.

 

Qorxsa iki tərəf – bu, sülhə şərtdir.

Özünüsevərlik elə ki artdı –

Zalımlıq hər yerdə qurur tor-tələ,

Durmadan artırır zülmünü səylə.

 

Tanrı qorxusuyla yaşayır insan,

Torpağa göz yaşı axır durmadan.

Ayağı altında onun beləcə,

Tezliklə Zəlillik bitib cücərir.

 

Ucalır, çevrilir Sirr ağacanıa,

Qapqara kölgəysi düşür hər yana.

Tırtıllar, milçəklər ehtiyacını,

Doyurur yeməklə Sirr ağacını.

 

Aldanış meyvəsi bitir hər zaman,

Dadı şirin olur, rəngisə əlvan.

Qoyur budaqların qalın yerinə,

Quzğun yuvasını – görünən deyil.

 

Dəniz tanrıları, yer allahları,

Gəzib Təbiəti çox axtardılar.

Boşa çıxdı bütün səyləri ancaq,

İnsanın Beynində bitir bu ağac.

 

ingiliscədən tərcümə: 03-04 oktyabr 2004, Samara