Архивы

TARAS ŞEVÇENKO. VƏSİYYƏT

Без названия (16)

Əziz Ukraynada basdırarsınız,

Məni ölərkən.

Geniş çöl içində yer seçərsiniz,

Qəbrimə hökmən.

Düzənlər, Dneprin dik qayaları,

Görünsün ordan,

Orda eşidilsin gur axarların,
Harayı hər an.

Elə ki, aparar o, Ukrayndan
Mavi dənizə,
Düşmənin qanını..Vida deyərəm

 Dağa və düzə.

Hamını tərk edib, Üz tutaram mən,

Tanrı yanına,
Dua eləməyə. İndisə onu,

Mən tanımıram.

Məni basdıraraq durun ayağa,

Zənciri qırın,

Bərkitsin yağının kinli qanı qoy,
İradələri.

Zaman yetişərkən möhtəşəm, azad,
Ailədə siz
Məni yada salıb astaca və xoş ,
Söz deyərsiniz.

1845

Ukrayna dilindən tərcümə

01.03. 2022, Samara

+++++++++++

Тарас Шевченко

Заповіт

Як умру, то поховайте
Мене на могилі,
Серед степу широкого,
На Вкраїні милій,
Щоб лани широкополі,
І Дніпро, і кручі
Було видно, було чути,
Як реве ревучий.


Як понесе з України
У синєє море
Кров ворожу… отоді я
І лани і гори —
Все покину і полину
До самого бога
Молитися… А до того —
Я не знаю бога.

Поховайте та вставайте.
Кайдани порвіте
І вражою злою кров’ю
Волю окропіте.
І мене в сім’ї великій,
В сім’ї вольній, новій
Не забудьте пом’янути
Незлим тихим словом.

25 грудня 1845 в Переяславі

ALEKSANDR PUŞKİN. QURANA BƏNZƏTMƏLƏR. VIII

ПУШКИН

ALEKSANDR PUŞKİN

                 QURANA BƏNZƏTMƏLƏR

                             VIII

                   Торгуя совестью перед бледной нищетою…

 

Vicdanla alver edib qabağında kasıbın,
Pay verəndə əllərin simiclikdən əsməsin.

Tam əliaçılığı Tanrı bəyənər ancaq.

Qiyamət yetişəndə, barlı zəmilər kimi,

Ey uğurlu əkinçi,

Zəhmətinin əvəzi yüz qat artıq çatacaq!

 

Ancaq həyatda zəhmət çəkib qazandığından,

Qıymayıb, dilənçiyə xəsis pay uzadanda,

Simic ovcun yumulub əgər kilidlənərsə,

Verdiklərin daş üstdə bir ovuc toza bənzər
Leysan yağış düşdümü, bil ki, yuyulub gedər.

İtər-batar sədəğən,Tanrı rədd eləyərsə.

 

1824

Ruscadan tərcümə

16.11.2017

Samara

 

 

 

 

 Mixail Lermontov. Əlvida, qartmaqlı, kirli Rusiya

 

Прощай, немытая Россия…

 

Əlvida, qartmaqlı, kirli Rusiya,

Əlvida, ağalar, qullar ölkəsi.

Mavi  mundirlilər, sizə əlvida,

Əlvida mundirə baş əyən nəsil.

 

Qafqazın dalında gizlənə biləm,

Bəlkə də mən sənin paşalarından.

Bəlkə də hər sözüm dinlənilməyə,

Bəlkə də yayınam baxışlarından.

                Aprel 1841

 

tərcümə: 16-17 oktyabr 2014, Samara

ÇƏRŞƏNBƏ ŞEİRİ

Əli Nasir

ƏLİ NASİR

Peqətən, dastəmolon, əğlon başamon…

Qapın papaqları, dəsmalları tez,

Kəndi həyət-həyət gəlin gəzək biz.

Gözləyir hər evdə bizi ən ləziz,

Şirnilər, meyvələr, qızıl yumurta.

Pay alaq, ürəkdə bir dilək tutaq,

Xəlvət söhbətlərə qulaq verərək,

Gözəl çərşənbəyə xoş gəldin” deyək.

Dönər evlərinə səfərdəkilər,

Bütün ürəklərdən küsü çəkilər.

Bu günə paltarlar təzə tikilər,

Bayram payımızdan yeyək doyunca,

Şənlik kəsilməsin dan ağarınca.

Bülbüllər ötüşər, açar gül-çiçək,

Gözəl çərşənbəyə “xoş gəldin” deyək.

talışcadan tərcümə

 12.03.2013

(sətri tərcümə Ramiz Hüseynovundur)

EDQAR ALLAN PO. ELDORADO

                                                 

 

Əsləhəli və qorxmaz,

O cəngavər kefi saz.

Baxmır günəş alışır, baxmır kölgədir ya da,

Uzun-uzun yol keçib,

Nəğməni yoldaş seçib,

Gedirdi ki, nəhayət, tapıla Eldorado.

 

İgid cəngavər, fəgət ,

Qöcalırdı da əlbət.

Ağrıdırmı bu görən, düşdü qəlbə xal ya da?-

Axtarırsa nə qədər.

Yoxdur o yerdən əsər,

Görüb deyə  bilə ki, buradır Eldorado.

 

Yollarsa hey uzandı,

Can qalmadı canında.

Rast oldu bir kölgəyə, bir dərvişdi o ya da,

“Kölgə!”- soruşdu birdən,-

“Söylə, hardadır görən,

O naməlum ölkə ki, adlanır Eldorado?”

 

“Ötüb-keçib dağları,

Harda ki, ay ağarar,

Aşagısı düzəndir, kölgə, xəyaldır ya da,

Çap irəli durmadan”-

Kölgə söylədi o an,-

“Axtarırsan əgər sən hardalır Eldorado.”

1849

 

 

 

 

QİYOM APOLLİNER. SOLUB GETMİŞ SƏMA SAYAQ…

 

O MA JEUNESSE ABANDONNE

 

Solub getmiş çələng sayaq

Tərk edilmiş gəncliyim, ah !

Budur, yenə gəlib çatdı,

Nifrət vaxtı, şübhə vaxtı.

 

Bu, peysajdır kətandakı,

Axan qansa qırmızı rəng.

Ulduz-ulduz çiçək tökən,

Ağac altda tənha mixək.

 

Soyuq şüa oyanmada,

Rəsmdə və al yanaqda.

Atəş, haray. Və kölgədə,

Bir portret gülümsədi.

 

Çərçivədə şüşə qırıq,
Duyğulardan incə hava
Gələcəklə olanların,

Sözlə fikrin arasında.

 

Solub getmiş çələng sayaq,

Tərk edilmiş gəncliyim, ah !

Budur, yenə gəlib çatdı,

Təəssüf ki, kamal vaxtı.

 

fransızcadan. 

Uistan ODEN. TİRANA EPİTAFİYA

 

Kamillik axtarırdı. Qondarmışdı hər kəsə
Çatan bir poeziya. Əlinin içi kimi

Bilirdi insanların düşüncəsizliyini.

Orduya, donanmaya böyük marağı vardı.

Senatorlar gülməkdən cırılardı – o gülsə,

Ağlasa – küçələrdə cocuqlar qırılardı.

1939

 

Ing. dilindən tərcümə: sent 2012, Samara

 

Marina TSVETAYEVA. Günəş bəyaz və buludlar yuvarlanır aşağı…

                                                                

Günəş bəyaz və buludlar yuvarlanır aşağı,

Divar dalındasa bostanla məzarlıq qovuşur.

Paya altında, qum üstündə adam oxşarlı,

İçi bəlimli müqəvvaların durur qoşunu.

 

Hasarın pərdiləri üstdən əyilib baxıram,

Görürəm: yollar, ağaclar, dağınıq əsgərlər.

Qoca arvadsa doqqazın yanında duz yaxaraq,

Yekə bir parça qara əppəyi çeynər, çeynər…

 

Niyə, Tanrım, qəzəbə gəldi bu miskin komalar,

Ki, dəlib köksünü güllə bu qədər insanın?

Eşalon keçdi — əsgər ağladı, qıy çəkdi qatar,

Bürüdü yolları toz, örtdü düzü-dünyanı.

 

Kaş öləydim! Qaraqaş nazənin gözəllərdən,

Oxunan naləli bu nəğmələr ürək dağıdan.

Kaş bu dünyaya gəlməyəydim! Eşqdən, dərddən,

Necə də qıy vurur əsgərlər! Ey rəhim Yaradan!

3 iyul 1916

tərcümə: 3-5 yanvar 2009

CON DONN ŞƏKİL

                     CON DONN                    (1572-1631)

          

                       Here take my Picture

Budur, al şəklimi, hərçənd gedir, vidalaşıram,

Səninkisə könül evimdə, ürəyimdə yaşar.

Şəklim oxşar mənə kölgəm kimi, ölsəm — o zaman,

Dönərəm kölgəyə, öz kölgəmə oxşarlanaram.

Və qayıtsam da – qar-yağış döyülü. Qanlı qabar,

Qalar ovcumda qabardan, üzüm, sinəm qızmar

Günəş altında təzə rəng alar. Basar saqqal,

At oynadar hələ də sanki başqa fırtınalar.

Dönər bədən özü bir torba sınıq sür-sümüyə.

Dərimi çatladıb barıt və çatdırıb iliyə.

Əgər rəqiblərim səni məzəmmət etsələr ki, nədən,

Axı mənim kimi bir vəhşini sevirsən sən,

Mənim bu şəklim onda göstərərdi keçmişimi
Zədələr incidirmi, onlara de, başqa kimi?

Ziyanmı çəkdi namusum ya onun idrakı?

Azaldı sevgisi? Yox — eşqi, odu əvvəlki,

İçindəsə nə təmizlik, nə incəlik vardı –

Süddü eşqçin, sevilər südsə uşaqlıq vaxtı.

İndi yetkinliyə çatmış, yaşa dolmuş sevgi,

İçdiyi başqa içkidir, dəyişibdir zövqü.