Архив тегов | Əl İnsan surəsi

ƏL İNSAN SURƏSİNƏ BƏNZƏTMƏ

76_sura_insan

Keçibmi insanın o vaxtları ki,
Ondan heç nə hələ bəlli deyildi?

Yaratdıq insanı qatqı damcıdan
Və sonra da onu biz sınayaraq,

Verdik görən göz və eşidən qulaq.

Həqiqətən onu düz yola qoyduq

Ya minnətdar ola o, nankor ya da.

İman gətirməyən kəsələrə hazir

Elədik zənciri, buxovu, odu.

Düzəməllər isə kasalar dolu,

Kafurla düzələn içki içərlərƏ

Allahın qulların içən bulaqdan,

Və istədikləri səmtə istəyəndə də,

Axıda bilərlər çeşməni onlar.

Əhdə sadiqdirlər, qorxularısa
Yayılan gündəndir  şərin aləmə.

Hərçənd ki, ərzağa sevgiləri var,
Öz yediklərindən pay ayırarlar,

Yoxsula, əsirə, yetimə onlar.

“Sizi yedirdirik yalnız Allahın
Vəchi xatirinə; nə bir mükafat,
Nə də ki, təşəkkür gözlərik əsla.

Çünki Rəbbimzdzən gələn qaranlıq

Və üzücü gündən bizdə qorxu var”

O günün şərindən Tanrı qurtarar,
Onlara səadət, sevinc bağışlar,

İpək geyimlərlə, cənnət bağıyla.

Mükafat da verər dözümlərinə,

Pərqu tk olacaq onların taxtı,
Nə bürkü bilərlər, nə də ki, şaxta.

Başları üstünndə ağac kölgəsi,
Meyvəli budaqlar əyilər yerə.

Gələr önlərinə gümüş qab-qacaq,
Büllur kuzələr və qədəhlər gələr.

Səlsəbil adlanan bulaqdan gələn,

Onlar zəncəfilli içki içərlər.

Oğəanlar onlara xidmət edərlər,
Mirvari dəninə hər biri bənzər.

Haçan həndəvərə yetirsən nəzər,

Böyük mülk və nemət gözünə dəyər.

Yaşıl atlas, ipək əyinlərində,
Gümüş bilərzilklər bəzər qolları,
Saf içki içirər onlara Tanrı.

Bunlar haqqınızdır doğrudan sizin,

Dəyəri verilir zəhmətinizin.

Quranı göndərdik biz hissələrlə

Döz hökmünə qədər sən də Rəbbinin,

Baş əy nə kafirə, nə  günahkara,

Tanrının adını daim xatırla.

Səcdə qıl, təriflə gecə uzunu.

Onlarsa indini sevirlər ancaq,

Arxadasa ağır gün qoyaraq.

Onları yaratdıq və bərkitdik həm.
İstək onları dəyişdirərik,
Onıara bənzərlə əvəz elərik.

Həqiqətən də bu, öyüddür və kim,
İstəsə, yolunu Tanrıya salır.
Siz ancaq Allahın istədiyini,
İstəyə bilərsiz həqiqətən də.
O hər şey bilən və dərk edəndir.

Mərhəmətli olar kimi itəsə,

Cəzası ağırdır zalımın isə.

 

15-16.-9. 2022, Samara