RUSİYADAKI QAÇQINLAR VƏ KÖÇKÜNLƏR NAİL ALLAHVERDİYEVƏ IKI TƏZƏ GELANDWAGEN ALIBLAR

Rusiyada məskunlaşmış azərabyanlı qaçqınlar və köçkünlər müraciət yayıblar. Müraciətdə deyilir:

“Biz, Rusiyada yaşayan azərbaycanlı qaçqınlar və köçkünlər, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qtiyyətlə dəstəkləyirik. Biz möhtərəm və möhtəəm prezidentin kadr siyasətini və tətin etdiyi kadrları da dəstəkləyirik. Ona görə də baş nazirin müavini və qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin avtomobilinin qəzaya düşməsi bizim ürəyimizi çox ağrıtdı. O uşağın maşınına gələn qəza kaş bizim başımıza gələydi! Biz burda çox narahatıq ki, bu qəzaya görə Nail bala darıxar, Nail balanın darıxdığını görüb Əli müəllim də darıxar, əli-qolu düşər yanına, qaçqınkomun işi ləngiyər, möhtəşəm prezidentimizin qaçqın və köçkün siyasətinin həyata keçməsinə əngəl törənər. Ona görə də biz bu qərara gəldik ki, atışıb Nail bala üçün iki ədəd təptəzə gelandewagen alaq. Biri ağ, biri qara. Ağını alıb göndərmişik Bakıya, indi qarasını axtarırrıq. Onu da bu gün-sabah alıb göndərərik.

Allah Əli müəllimin canını sağ eləsin. Allah ona bizi kimi qaçqınlardan və köçkünlərdən çox versin!

Allah möhtəşəm prezidentimizin canını sağ eləsin! Allah onun xarici, daxili, xüsusən kadr siyasətinə kölgə salanları cəhənnəmə ya da Kürdəxanı türməsinə vasil eləsin!

Amin!”

gelan 1gelan 2

ABIRLI CƏMİYYƏTDƏ ƏLİ HƏSƏNOV KİMİLƏRİN ADI «ÖLÜSOYAN»DIR

АЛИ ГАСАНОВ.jpg

Əli Həsənovun nəvəsiylə bağlı hadisənin Azərbaycan ordusuna, Qarabağ müharibəsinə, ərazi işğalına dəxli varmı?

Zahirən dəxli yoxdur. Ancaq əlaqə elə dərində deyil, çox diqqət tələb etmir.

Mən həmişə deyirəm ki, Azərbaycan ordusu Ermənistan ordusu ilə döyüşməyə, geniş ərazidə uzunmüddətli müharibə aparmağa hazır və qadir deyil. Mən hərbçi deyiləm, əsgərlik də çəkməmişəm. Ancaq Azərbaycan ordusunun düşmən ordusundan zəif və müharibəyə qadir olduğunu demək üçün əsgərlik çəkmək lazım deyil. (Azərbaycan prezidenti, məsələn, əsgərlik çəkməyib, ancaq deyir ki, ordusu hər şeyə qadirdir, ancaq nıdınsı bunun sübutunu görmürük).

Ermənilər 25 ildən artıqdır ki, Azərbaycanın böyük ərazisini işğal ediblər. Dağlıq Qarabağın Bakının itaətindən çıxdığı 30 ilə yaxındır. Əhalisi Ermənistan əhalisindən az qala beş dəfə çox, hərbi xərcləri Eemənistan büdcəsindən də artıq Azərbaycan işğal altında olan bir kəndi də azad edə bilmir. Bunun yalnız bir səbəbi ola bilər – ordunun adı var, özü yoxdur!

Mən indi İnternetdə Əli Həsənov haqqında məlumatlara baxıram: onun quldur olmasından mətbuatda neçə ildir yazırlar. 2011-ci ildə onun vəzifəsində azad ediləcəyini gözləyənlər olub. Bir qədər vaxt keçib, Əli Həsənovun səlahiyyətləri daha da artırılıb. Yəni bu quldurun büdcəni, qaçqıbnları, köçkünləri talanlamaq, nəvələrinə yeni avtomobillər imkanı artırılıb.

Bunu, əlbəttə, İlham Əliyev edib.

İnşaat, səhiyyə sahələriylə tanış olanlar bilirlər ki, burda da quldurluqdur, talançılıqdır. Yəni Azərbaycan hökuməti qabığından özəyinə qədər korrupsiya ilə yoluxmuş bir orqanizmdir. Bu orqanizdəki əzaların birindən sağlamlıq gözləməyə dəyərmi?

Müdafiə nazirliyi öz paradları ilə, nümunəvi yeməkxanaları ilə və bahalı silahları ilə təsəvvürü sarsıda bilər. Sentimental vətənpərvərlər saydıqlarımı televiziya ilə görəndə hətta ağlayırlar da. Ancaq paradlarla, yeməkxanalarla və hətta bahalı silahlarla qələbə qazanılmır.Orduda yüksək yazırlıq, yüeksək intizam, yüksək ruh, savadlı rəhbərlik olmalıdır. Bunların olmadığını bilmək üçün heç təftiş keçirmək lazım deyil.

2014-cü il avqust  döyüşləri başlananda müdafiə naziri Zakir Həsənov Bodrumda kefdə idi!

O döyüşlərdə ölən gizir və əsgərlərin hamısı kənd uşaqlarıdır. 2016-cı ildə ölənlərin də demək olar ki, hamısı rayon, kənd uşaqlarıdır. Bu ordu necə komplektləşdirilir? Şəhər uşaqları cəbhədən necə yayınırlar? Lopaq verirlər? Balalarının güllədən qoruyan valideynlərzabitlərə, generallara rüşvəti popaqla vermirlər, manatla, dollarla verirlər, rüşvəti qızılla istəyən də olur.

Bu cür komplektləşdirilən, qurbanlıq quzulardan tərtib olunan ordudan nə gözləmək olar?

Atəşkəs dövründə minlərlə əsgər və zabit ölüb. Minlərlə! Niyə bunların içində bir nəfər məmur balası yoxdur? Niyə Lerikli, astaralı, masallılı, imişlili, salyanlı, qusarlı, şamaxılı uşaqlar Əli Həsənov kimi oğraşların nəvələrinin kefindən ötrü ölməlidirlər?

Əli Həsənov kimi insanların adı abırlı cəmiyyətdə “ölüsoyandır”. Əlbətə, o, qaçqınları, köçgünləri soyur, ancaq fürsət olsa, ölünü də soyar. Əli Həsənov üçün qaçqınlıq, köçgünlük tükənməz sərvət mənbəyidir və imkanı olsa, işğaldakı qədər də ərazini ermənilərə satar – nə qədər çox qaçqın, nə qədər şox köçgün olsa, gəliri o qədər artar….

Kim fikirləşirsə ki, orduya rəhbərlik edənlər Əli Həsənovun tayı deyillər, o ya sadəlovhdür ya da özünü gicliyə vurur. Yox, əgər kim ürəkdən inanırsa ki, ordu qaçqınkomdan ya səhiyyə nazirliyindən fərqlənir, qoy uşağının on səkkiz yaşı çatanda boğazına qırmızı sarqı bağlayıb aparıb yıxsın Zakir Həsənovun ayağlarının altına…

X.X.

 

«QAÇAQ NƏBİDƏN DƏ QOÇAQSAN, ƏLİ!»

Bu yaxınlarda İlham Əliyev Əli Həsənovu köməkçi təyin edib. Fərmanı verəndə prezident telli sazı sinəsinə basıb görək nə deyib:

 

Nöyüt ucuzlaşıb, halım yamandı,

Xalqın əmanəti alışdl-yandı.

Bratım bir sənsən, bir Ərdoğandı,

Mənə bu günümdə dayaqsan, Əli,

Qaçaq Nəbidən də qoçaqsan, Əli.

 

Əlinin bığları eşmə-eşmədi,

Vicdanı əzabdan deşmə-deşmədi.

Başqa köməkçilər gördüm heç nədi,

Özün dur dalımda, ay qoçaq Əli,

Alveri, daşbaşı cağbacağ Əli!

 

Yuxudan doymuşam, yata bilmirəm,

Ölkədə mal çoxdu, sata bilmirəm.

Bircə Xədicəyə bata bilmirəm,

Sən belə işlərdə yamansan, Əli,

AŞPA-nın ağzını yumansan, Əli.

 

26-27.02.2015 Samara

QAÇAQ NƏBİ

 

ЭЙНУЛЛА ФАТУЛЛАЕВ ТЕПЕРЬ ЖУРНАЛЮГА В ЗАКОНЕ

Эйнулла Фатуллаев отныне не просто главный журналюга,  а журналюга в законе. Его лично короновал Али Гасанов.

журналюгаВручение сертификата продажности

ƏLİ HƏSƏNOVUN DUZ ŞİRKƏTİ

Əli Həsənov deyib ki, ailəsinə məxsis şirkətləri onun arvad-uşağı alın təriylə yaradıb.

Məlumdur ki, Əli Həsənovun ailəsi doğrudan da tər axıtmaqda bütün dünyada məşhurdur və buna görə Həsənovlar Gines kitabına düşüblər. Gün ərzində uşaqdan böyüyə qədər  hər Həsənovvbir neçə ton tər axıdır. Əli Həsənovun arvadınının axıtdığı tərdən yaranan göldə nəvələri çimirlər. Əli Həsənov bir neçə ildir ki, bir duz şirkəti də açıb və bu şirkətdə onun ailə üzvlərinin axıtdığı tərdən duz istehsal olunur. Bu duz xarici ölkələrə də, o cümlədən Rusiyaya ixrac olunur. Ruslar bu duzdan ovuc-ovuc yeyir və başlarını bulayıb deyirlər: “ U Alika Qasanova oçen xoroşi duz!”

HÜQUQİ İNCƏLİKLƏR

Əli Həsənov: Yazın, Azərbaycan Ermənistanı məhkəməyə verir.

Jurnalist: Əli müəllim, ordumuz hazırdır?

Əli Həsənov: A bala, ordunun bu işə nə dəxli? Hakimi görmüşük, kürümüzü hazırlamışıq…