ELMİRA SÜLEYMANOVA GÖZƏL BAYRAMLIYA BAŞ ÇƏKİR…

Gözəl_Bayramılı

«A qız, bura türmə demək günahdır! Mənim kabinetimdə heç belə şərait yoxdur! Yerin Salyandır, vallah! Gözəlləşmisən bura girəndən! Adın Gözəl idi, indi özün də gözəl olmusan! Buranın rejimi ölünü dirildər! Qıraqda olanlar yaman gündədirlər. Biri mən. Əlahəzrət prezident olmasa, o dünyalıq olaram. Bir yerim sızıldayan kimi həkimləri tökür üstümə, biri daldan, biri qabaqdan, düzəldirlər birtəhər. Dayan görüm, əlahəzrət prezident zəng edir. Əlahəzrət prezident? Hə, Gözəlin yanındayam! Durumu? Durumu gözəl! Oturumu da gözəl! Təki elə bütün oturanların oturumu belə gözəl ola! Şikayəti yoxdur. Çox minnətardır sizə, əlahəzrət prezident!.Əli Kərimlidən ötrü darıxır. O da gələcək bura? Lap yaxşı, lap yaxşı… Gördün, əlahəzrət özü maraqlanır, Əli Kərimlini də deyir gətirəcəklər bura, bir yerdə olmasanızda, yaxında olacaqsınız…  Gözəl, vallah, sənin şəraitini o qədər bəyəndim ki, heç getmək istəmirəm. Ancaq gərək gedəm. Xarici jurnalistlərlə görüşməliyəm. Sənin qabağınca Əfqan Muxtarlıya dəydim. O da çox yaxşılaşıb, düşüb rejimə, əlahəzrət prezidentimizə sağ ol deyir ki, onu Gürcüstandan bura gətirdib, deyir Gürcüstanda qalsaydım, yemək-içməkdən ölmüşdüm…»

AXCP SƏDRİ TOVARİŞ SERJANT ƏLİ KƏRİMLİ

ƏLİ KƏRİMLİ.jpeg


Mənim FB səhifəmdə mənə (yəqin ki, başqa istifadəçilrə də) reklam məqsədiylə müəyən səhifələri bəyənmək təkliuf olunur. Yez-tüz gördüyüm səhifələrdən biri Əli Kərimlinindir. Və bu reklam təklifindən mənim üçün ən maraqlı və məzəli Xalq Cəbhəsi Partiyasının sədrinin şəklidir. Şəkli Əli Kərimli Buryatiyada əsgərlikdə olanda çəkdirib, serjant poqonları ilə. Yəqin inşaat batalyonunda bölmə komandiri olub və tabeliyində olan əsgərlərlə suvaq ya hprgü planını yaxşı ödəyib. Bunlar öz yerində. Maraqlı və məzəli orasıdır ki, özünü ən birinci müxalifət qüvvə sayan partiyanın rəhbərinin milli ordunun formasında çəkilmiş şəkli yoxdur. Yəni Cəbhənin hakimiyyətdə olduğu vaxtda bu məsul şəxs səngərlərdə əsgərlərimizə baş çəkə bilərdi.

Çəkməyib.

Sonra deputat olduğu on il ərzində cəbhə bölgəsinə gedə bilərdi, əsgərlərimizlə qol-boyun  çəkil çəkdirə bilərdi.

Getməyib və çəkdirməyib.

İndi sovet serjantı formasındakı şəkliylə Əli Kərimli nə demək istəyir?

Əlbəttə, öz-özlüyündə Sovet Ordusuna xidmətdə pis heç nə yoxdur. Mənim mərhum qardaşlarım üç nəfərə səkkiz il əsgərlik çəkmişdilər və mən onlara həsəd də aparırdım. Ancaq indi Azərbaycan müstəqil ölkədir, öz ordusu var, bu ordu döyüşür və az qala hər gün itki verir. Və bu faciənin fonunda Əli Kərimli sovet serjantının formasında FB səhifəsindən xalqa irişir…

Bəlkə də belə şəkli FB-a qoymağı Əli Kərimliyə onun müşavirləri məsləhət veriblər. Əgər belədirsə, bu məsləhəti verən ya idiotdur ya da Azərbaycanın düşmənidir.

Əli Kərimli, əlbəttə, bundan sonra cəbhəyə gedən deyil. Necə ki, bundan sonra İsa Qəmbər yanını “divan”dan çətin qaldıra. Son vaxtların şəhidləriylə maraqlana hər kəs bilir ki, nəinki “yekələrin”, hətta sıravi bakılıların da uşaqları xidməti “qaynar nöqtələr”dən uzaqlarda keçirlər. Belə getsə, nəinki hakimiyyətdə olanların və harınların, hətta müxalifət rəhbərlərinin və qismən onun sıravi üzvlərinin də evində  milli formalı əsgər şəkli tapılmayacaq…

FƏTULLA GÜLƏN LAZIM ADIYLA AZƏRBAYCANA GƏLİB ƏLİ KƏRİMLİYLƏ GÖRÜŞÜRMÜŞ!

Etibarlı mənbələrdən məlum olub ki, Fətulla gülən son illərdə dönə-dönə Azərbaycana gəlib və Əli Kərimliylə görüşüb. Əlbəttə, ortaya sual çıxır: Gülən Azərbaycan sərhədinin necə keçə bilib? Sualın cavabı sadə olduğu qədər də mürəkkəbdir: Gülən Azərbaycan sərhədini Lazım adıyla keçirmiş! Bəli, bu zalım oğlu sərhədçilərə deyirmiş ki, mən Lazımam və gedirəm möhtərəm prezident əlahəzrət İlham Əliyevlə görüşməyə! Sərhədçilər də onun Lazım olduğuna inanıb buraxırlarnış!

İndi başqa bir sual çıxır: bəs əsil Lazım hardadır? Bu sualın cavabı sadə, ancaq faciəvidir: əsil Lazımı Gülənin adamları ələ keçirib Pensilvaniyada elə gizli yerdə saxlayırlar ki, ABŞ hökuməti də tapa bilmir!

Belə-belə işlər, qırılmasın keşişlər…

Mirzə ƏLİL

26.06.2016

 

AY PROFESSOR, OTUR YERİNDƏ…

Əlbəttə, indi Tale Bağırzadə ağır vəziyətdədir, yəni dustaqdır və onun vəziyyətin daha da ağırlaşdırılan hər hansı hərəkətdən çəkinmək yaxşı olardı. Ancaq mən media adamı deyiləm, yazdıqlarım da beş-altı adam arasıında yayılır, ona görə də fikimi açıq deyə bilərəm.

Mənə elə gəlir ki, kütlə, kütlə şüuru ilə manipulyasiyaları məharətlə bacaran Tale Bağırzadə özünü, əlbəttə, millət liderləri sayan adamları da oynatmağı bacarır. Rafiq Tağı bıçaqlanıb öldürüləndə Nardaranda sevinclə camaata “Rafiq Tağı cəhənnmə vasil oldu”, — elan edən dinçinin demokratiyaya, demokratik ruhlu, demokratik düşüncənli insanlara rəğbətinə kim inanar? İndi Tale Bağırzadə iddia edir ki, guya istintaq orqanları ona vəhşicəsinə işgəncə verib ondan Cəmil Həsənli, Əli Kərimli əleyhinə ifadə tələb edirlərmiş. Mən, əlbəttə, vəhşicəsinə işgəncəyə tamamilə inanıram. Ancaq Cəmil Həsənli ya Əli Kərimli məsələsinə inanmıram. Cəmil Həsənlinin rejimə nə ziyanı? Eləcə də Əli Kərimlinin – pasportunu alıblar, oturub evində, Feysbukda yazır-pozur, ondan rejimə heç bir təhlükə yoxdur. Mən Salyan az-çox tnıyıram və buna görə deyə bilərəm ki, o boyda yerdə bəlkə heç əlli nəfər Əli Kərimlinin kim olduğunu bilmir. Ancaq Tale Bağırzadənin öz oyunu var – özünü demokratların işiyə bağlamaqla, o, beynəlxalq təşkilarlatların siyahısna düşməyə, onların müdafisinə nail olmağa alışır – çox sinik, soyuqqqanlı, haqqhesablı bir hərəkət xətti. Cəmil Həsənlinin isə bu cür tora düşməsi, vurnuxması, özünü gülünc eləməsi isə təəssüf doğurür. Adam demək istəyir ki, ay professor, otur yerində…

Ancaq professor söz eşidən deyil. Özü də mənim kimi nüfuzsuz adamdan…

İLHAM ƏLİYEV MÜXALİFƏTÇİLƏRİ GÖZ BƏBƏYİ KİMİ QORUYUR…

Baxıram ki, bu Əliyev rejimi deyilən və yazılan qədər də qəddar və ədalətsiz deyilmiş. Və hətta bu rejimdə çoxlu insanpərvərlik, demokratizm varmış.

Deyirlər ki, Əliyev rejimi müxalifəti əzib suyunu çıxarır. Ola bilsin ki, bi sözlərdə həqiqət var. Ancaq bu sözlərdə yalan da çoxdur.

Müxalifəti əzən rejim bilirsiniz neylərdi? Aparıb bütün müxalifətçilərin balalarını tökərdi cəbhəyə, hamısını da ön mövqeyə, erməniylə burun-buruna. Tökür? Tökmür. Qoyur? Qoymur. Lənkəranda, Salyanda, İmişlidə, Neftçalada, Şamaxıda, Qusarda və başqa kənd rayonlarında torpağa basdırılan uçaqlar məgər müxalifətçi idilər? Məgər onların ata-anaları müxalifətçi idilər? Yox, onlar hamısı siyasətdən uzaq adamlar olublar. Uşaqlarının ön mövqeyə düşməyinin səbəbi bir şeydir: onların kasıblığı!

Bir nəfər yaralı, burnu qanamış əsgər göstərin, deyin ki, bu uşaq İsa Qəmbərin, Əli Kərimlinin və adlarının bilmədiyim başqa müxalifət rəhbərlərinin oğludur və Əliyev acıqca onu ölümə göndərib. Belə əsgər var?

Və əgər müxalifətçilərdə belə şiddətli vətənpərvərlik varsa, niyə onların uşaqları hərbi məktəblərə girib zabit olmurlar? Ordu ququculuğu müxalifətin planlarına daxil deyil?

Mən Əli Kərimlinin İlham Əliyevə yazdığı məktubu təzədən oxuyandan sonra Vikipediyada Cəbhə rəhbərinin bioqrafiyasına baxdım: Əli Kərimli “müharibədə olmuşam” deyəndə 1989-cu ildə sərhəd rayonlarına səfərini nəzərdə tutur. İnsafla deyin: 1989-cu ildə müharibə vardı?

Nə deyirsiniz deyin, Əliyev müxalifəti sevir, müxalifətçiləri də, onların balalarını da göz bəbəyi kimi qoruyur. İtkilərin siyahısına baxın, özünüz əmin ola bilərsiniz…

13.04.2016

MİN İL KƏLLƏ-KƏLLƏYƏ

nar

Azərbaycanda müsavat-cəbhə qarşıdurması sünni-şiə qarşıdurmasından daha qədimdir, kökü islamdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanlarında cəbhəçilərlə müsavatçıların mübarizəsi geniş əks olunub. Müasir Azərbaycanda bu qarşıdurma daha da kəskinləşib. Məlumdur ki, müsavatçılar cəbhəçilərə qız verməzlər, onlardan qız almazlar. Qızı müsavatçı oğluna qaçmış cəbhəçi deyir ki, qızım ölsəydi ya da yapçıya qaçsaydı, bundan min dəfə yaxşı olardı. Müsavatçı mollalar məclislərdə cəbhəçilərə, cəbhəçi mollalar müsavatçılara lənət deyirlər. Müsavatçı valideynlər qoymazlar ki, onların uşaqları cəbhəçi balalarıyla bir partada otursunlar. Cəbhəçi kişilər heç vaxt müsavatçı dəlləklərə baş qırxdırmazlar. Məlimdur ki, müsavatçılarla cəbhəçilərin hamamları həmişə ayrı olub. Müsavatçı, ürəyi yansa da, cəbhəçi qapısına gedib su istəməz. Cəbhəçi müsavatçıya su versə, qabı sonradan ya sındırar, ya da atar zibilliyə, çünki müsavatçının su içdiyi qab yumaqla təmizə çıxmaz.
Xarici jurnalistlərin yazdığına görə, müsavatçıları cəbhəçilərdən ayırmaq çətin deyil. Müsavatçılar dolmanı yarpaqlı-yarpaqlı yeyirlər, cəbhəçilər dolmanın yarpağını soyurlar. Cəbhəçilər yeriyəndə əvvəl sol ayaqlarını atırlar, müsavatçılar isə sağ ayaqlarını. Cəbhəçilərin bığları müsavatçıların bığlarından yekədir, ancaq cəbhəçiılərin qarınları bir az kiçikdir. Cəbhəçilər and içəndə “Sən öl!” deyirlər, müsavatçılar isə “Özüm ölüm!”
Bunlar, əlbəttə, kişilərə aiddir. O ki qaldı qadınlara, onlar barədə bir söz demək çətindir, çünki müsavatçıların da, cəbhəçilərin də arvadları qıraq-bacağa çıxmazlar…

18.01. 2014-01-18

Mirzə Əil

MİLLİ ŞURA HAMAMDA

nar

                                              Üzeyir byə bənzətməBakı hamamlarından biri. Cəmil Həsənli hovuzun qırağında qətfəyə bürünüb çay içir. Kisəçilər rəqs edib oxuyurlar:
— Hamamın içində,
-İçində və çölündə,
Yay, yaz, qış-bahar,
İlham Əlyevin,
Atalıq qayğısı var.
Cəmil Həsənli: Məni prezident seçin, sizə analoqu olmayan qayğı göstərəcəm.
Bu dəmdə içəri tərəfdən İsgəndər Həmidov anadangəlmə lüt çıxır.
İ. Həmidov (hamamçıya): Brat, mən başa düşmədim, bu nə sudur!
Hamamçı: İsgəndər bəy, şollar suyudur, hələ Qəbələ suyu da qatmışam.
İ. Həmidov: Brat, məni lox sayırsan? Mən bilirəm Qəbələ suyunda kimlər çimir. Sənin suyun bozbaş suyuna oxşadı. Mən on il srok yatmışam, heç türmədə belə pis hamam görməmişəm. Mən burda qalmaram (Elə lüt çıxır)
Cəmil Həsənli. A kişilər, vallah, lap yaxşı sudur.
Əli Kərimli qurşağacan qətfəyə bürünmüş halda görünür.
Ə. Kərimli: Cənablar, əgər desələr ki, mənə bu hamamda xarici pasport verəcəklər, yenə mən bura gəlmərəm. Mənə belə hamam lazım deyil, ayda bir dəfə Saatlıya gedib Arazda çimsəm, bundan yaxşıdır. (Çıxır)
İsa Qəmbər qətfəli görünür.
İ. Qəmbər: Əfəndilər! Bilirsiniz ki, İlham Əliyev mənim hamamma da, suyuma da həbs qoyub. Qonşuda çimməyə məcburam, hərçənd qonşum yapçıdır. Ancaq belə hamamdansa, yapçı hamamı yaxşıdır. Mən bir də bura gəlmərəm. (Çıxır)
Cəmil Həsənli (hamamçıya) Vallah, bilmirəm bu bəylərə nə oldu. Hamam lap yaxşı hamamdır… Bunlar getdilər, indi gərək hamam pulunu verəm… Evdən də boş çıxdım. O telefonu ver, Rüstəm bəyə bir zəng vurum… Rüstəm bəy! Biz hamamda Milli Şuranın iclasının keçiriridik, icra pulunu verə bilmirik. Hə, üç-dörd yüz baks. İki yüz göndərirsən? Axırıncı dəfə olsun? Milli şura ya hamam? Nə, пошли мы все в баню? (hamamçıya) Rüstəm bəydən pul gələcək. Özü də deyir, hamınız hamam gedin.
Hamamçı: Ay professor, bizim millətinki elə hamamdır.
Kisəçilər oynayıb oxuyurlar:
Yay, yaz, qış-bahar,
Burda Əliyevin,
Atalıq qayğısı var…

12. 01. 14 Samara

AYRILIQ MAHNISI

ifa edirlər İsa Qəmbər və Əli Kərimli

 

          İsa Qəmbər

Gecılər istidən yata bilmirəm,

Zalım iqtidara bata bilmirən,

Səndən də bezmişəm, ata bilmirəm,

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Bilmirəm birləşık, ya da ayrılaq.

 

               Əli Kərimli

Gecələr yuxuma girir Saatlı,

Cəbhə piyadadlr, iqtidar atlı.

Nə ola, pasportum qaytarılaydı,

Deyəydin ay İsa, “aman ayrılıq!”

Bilmirəm birləşək ya da ayrılaq.

 

                   Birlikdə

              

Deyirlər guya biz qocaldıq daha,

Gərək cavanları çəkək qabağa.

İstefa versək də, bu ayrılığa,

Xalq dözməz, söyləyər: “aman ayrılıq!”
Hər bir dərddən olur yaman ayrlıq.

 

08.01. 2014

 

 

 

RÜSTƏM İBRAHİMBƏYOV SURİYADA

nar

Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınmamış Rüstəm İbrahimbəyov siyasi mübarizəni dayanıdırmayıb. Hazırda Rüstəm bəy Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edir, çünki onun Rusiya vətəndaşlığı Suriya qanunvericiliyinə zidd deyil. Jurnalist Eynulla Fətullayevin yazdığına görə, İsa Qəmbər,Bəxtiyar Hacıyev, Emin Milli, Gözəl Bayramlı  və başqa görkəmli xadimlər  Suriya müxalifətinə qoşulublar. Əli Kərimli də xarici pasport alan kimi Suriyaya yollanacağını deyib.