ƏRDOĞANIN YUXUSU

Ну, погоди 2

İNTERNETLƏ MÜBARİZƏNİN İKİ TÜRK KONSEPSİYASI

Bakıda türk dünyasının iki qoçaq lideri bu gözəl ə azad türk dünyası üçün ən aktual məsələni – sosial şəbəkələrə münasibəti müzakirə edəcək. Ədoğanın fikrincə şəbəkələrlə ən yaxşı mübarizə forması onları bağlamaqdır. İlham Əliyev də bağlamağın tərəfdarıdır, ancaq şəbəkəni yox, şəbəkədə siyasi fəallıq göstərənləri. İlham Əliyev haqlı olaraq belə hesab edir ki, şəbəkəyə anaşa atıb onu şərləmək çətindir, şəbəkə fəalını isə bu üsulla şərləyib dama salmağın mexanizmi Bakıda çoxdan yaradılıb və Azərbaycan  bu sahədə bütün dünyaya nümunədir.

BAĞLA!  

Sən ey Tvitteri boğan Ərdoğdn,

Yu Tubun səsini kəsən qəhrəman!

 

Bilinsin aləmə qolunun zoru,

Bağla radionu, televizoru.

 

 Ziyanlı söhbətdən qoru milləti,

Dayanma, yıx, sürü sən İnterneti.

 

Başı açıqların başını bağla,

Sən çəkən cızığı aşanı bağla.

 

Bağla polisləri, generalları,

Qandala həsrətdir əl-ayağları.

 

Nə qədər nurçu var, damğala, bağla,

Ya ölkədən çıxar, ya da yasaqla.

 

İslam aləminin ərköyün oğlu,

Bağla Atatürkün açdığı yolu.

 

 

Qapı-pəncərəni bağla, ey paşa,

Söndür işığı da, arxayın yaşa.

 

31.03. 2014 Samara

ƏRDOĞANIN SƏSİ  

Rəcəb Ərdoğanın səsi batıbdır,

Türkiyə millləti yasa batıbdır.

O səs səs deyildi, möcüzə idi,

 Bəlkə də qarğındı, səs gözə gəldi.

Axıb tökülürdü şəlalə kimi,

Biganə qoymurdu o səs heç kimi.

Hanı xoş avazın, hanı, Ərdoğan?

Daha qəlbimizi yoxdur oxşayan!

Heyhat! İndi təkcə xırıltı qaldı,

Başda tük ürpədən zırltı qaldı…

Səsin batan yerdə sənin, arkadaş,

Türkiyə milləti kar olaydı kaş.

Türkiyə bülbülü, Rəcəb əfəndi,

Yumurtaya tutdur özünü indi.

Sındır, çək başına onunu birdən,

Çünki yumurtadır səsi dirildən.

Boğaza dərmandır yaz yumurtası,

Toyuq yumutası, qaz yumurtası.

Eləmə tənbəllik, hinə özün gir,

Səsinə həsrətik, dərd bizi didir.

Şəfa diləyirik, baş bakan, sənə

Ucalsın avazın Yu Tubdan yenə.

 

28.03. 2014

 

ƏRDOĞANIN TVİTTERİ YENMƏKLİYİ

Türkün baş bakanı Rəcəb Ərdoğan,

Balkanın igidi, qorxusuz aslan.

Gərildi yay kimi, ox kimi süzdü,

Əcnəbi bir quşun boynunu üzdü.

Dedi: “Daha “cik-cik” etdiyin yetər!”

Sərdi qanadını, susdu Tvitter.

Rəcəb əllərinin yudu qanını,

Dedi; “Bu ölkənin mənəm qanunu.

Cik-cik eləyərsə kim icazəsiz,
Boynunu beləcə üzəcəyik biz”.

 

21.03.2014

RƏCƏB TEYYİB ERDOĞANIN OĞLUNA NƏSİHƏTİ

 

Sən ey fərasətli, ağıllı oğlum,

Bəzəkli-düzəkli, sığallı oğlum!

 

Daha baş bakana qalmadı hörmət.

Ölkə xarablaşdı, zay oldu millət.

 

Cavanı, qocası müxalifətçi,

Qərbin havasıyla paslanıb içi.

 

Küçədən qovursan, meydana girir,

Nə güllə susdurur, nə qaz kiridir.

 

Polisdə qalmayıb, oğul, qanacaq,

Bizim pulumuza göz dikib ancaq.

 

Gözümün işığı, astaca, xəlvət,

Evdəki pulları yaxşıca gizlət.

 

Telefona yüklə bir neçə milyon,

Min yerə zəng elə, çıxar min oyun.

 

Bax, ey aslan oğlum, Əliyevlərə,

Kazinoda uduz, Dubayda xərclə.

 

Kisələrə doldur, torpağa basdır,

Uca ağacların başından asdır.

 

Uzaq ölkələrin bankına yolla,

Ada al,otel al, tikdir ev, qala.

 

Nə qalsa, çeynə ud, igid  aslanım,

Təki itə-qurda qalmasın, canım!

 

 

12.03. 2014 Samara

 

 

 

ƏRDOĞANIN AFRİKA NİTQİ

Ərdoğan aeroportdakı çıxışında deyib: “Nə “ağac” deyib qışqırırsınız? Mən indi Afrikadan gəlirəm, orda ucsuz-bucaqsız səhralar gördüm ki, bir dənə olsun kol da bitmir. İnsanlar gözəl yaşayırlar, çoxu da müsəlman! Ağac nəyinizə gərək? Daldalanı öpüşməyəmi? Gedin evinizdə öpüşün, abırsızlar!”