ROMAN, DRAM, KOMEDİYA…

Günlərin bir günü Əkrəm Əylisl İsveç səfirliyinə dəvət olunur. Səfir onu hörmətlə qarşılayıb deyir ki, Kral akademiyası ona “Daş yuxular” romanına görə növbədənkəınar Nobel mükafatı verib. Səfir Əylisliyə diplom, medal və pul çeki təqdim edir. Əylisli baxıb görür ki çekə yazılıb “10 milyon erməni dramı”. Təəccüblə soruşur:

—   Cənab səfir, başqa laureatlar kron alırlar, dollar alırlar, mənə niyə erməni dramı verirsiniz? O cür romana dram! Bu lap komediya oldu… Yaxşı, hər nədir, verin…

Biu yerdə Əylisli ayılır, başa düşür ki, yuxu görürmüş. Ancaq yenə də oğlunu səsləyir:

— Bala, sən gömrükdə işləmisən, bilərsən, on milyon erməni dramı neçə dollardır?

Реклама

QƏLƏBƏYƏ GÖRƏ TƏŞƏKKÜR

Serj Sarqsyan birinci turda qələbə üçün  bütün secicilərinə, atasına, anasına, arvadına, uşaqlarına və xüsusi olaraq Əkrəm Əylisliyə təşəkkürünü bildirmişdir. “Kirvənin kitabı sübut elədi ki, bizim müharibəmiz adalət müharibəsi olub, biz azərbaycanlı qaniçənləri qədim ata-baba torpaqlarımızdan qovmuşuq” – Serj Sarqsyan deyib və söz verib ki, tezliklə Əylis kəndindəki on iki kilsənin hamısını bərpa edəcək, on iki kilsə də təzə tikəcək.

İLQAR MƏMMƏDOV MƏNFƏƏTLİ MÖVZU DEYİL?

Əkrəm Əylislinin romanıyla bağlı söz-söhbət başlayan kimi öz aşot dayılarını, karapet dayılarını xatırlayıb göz yaşı axadan, yazıçının müdafiəsinə çağıran bəyənatlar verib imza toplayan Bakı “liberalları” indi nədənsə o bəyənatları İlqar Məmmədov üçün vürmirlər, imzanı onun üçün toplamırlar, hələ məhkəmə ya türmə qabağında heç kimin piket keçirmədiyi bir yana qalsın. İlqar Məmədov – mənfəətli mövzu deyil? Bu mövzuya, erməni mövzusundan fərqli olaraq, qərb qrantları almaq olmaz?

ƏKRƏM ƏYLİSLİNİN BİR ŞERİNƏ NƏZİRƏ

 

“İstəmədim bu yerlədə qalasan…”

                                                    Ə. Əylisli

 

 

İstəməzdik bu dastanı yazaydın,

Yağılara deməyəydin “göz aydın!”

Bir vaxt gələr bu sözləri bilərsən,

Elindən, yurdundan üzr dilərsən.

O OLMASIN, BU OLSUN

Hafiz Hacıyev yuxarıdan danlaq eşidəndən sonra deyib ki, Əkrəm Əylislinin qulağının kəsilməsinə ayırdığı pulu sünnət toyylarına xərcləyəcək.

«QIZ QALASI»NIN TARİXİ ƏYLİSLİNİN YENİ ROMANINDA

“Drujba narodov” jurnalının fevral sayında Əkrəm Əylislinin “Daş yuxular” romanının ikinci cildi çap olunub. Burda Qız qalasının tarixindən bəhs olunur. Romançı yazır ki, bu qalanı ermənilər kilsə kimi tikiblər və tikili əsrlər boyu kilsə olub. Sonra azərbaycanlı yaraqlılar kilsəni ermənilərdən alıb  qalaya çeviriblər. Yaraqlılara bir qız başçılıq etdiyinə görə qalanın adı olub “Qız Qalası”…

Əkrəm Əylisli yazır: “Mən o qızın yerinə çox xəcalət çəkirəm və ermənilərdən dönə-dönə üzr istəyirəm”.

 

ARVADLAR BALAQLARINI ÇIRMALAYIB, KİŞİLƏR DƏ ŞALVARLARINI ÇƏKƏ-ÇƏKƏ…

Kultura.az portalında Əkrəm Əylislinin müdafiəsinə həsr olunan bəyənat dərc olunub və imza toplanılır.

Belə razil və satqınlıq ruhuyla aşılanmış mətnlər az olur!

Bəyənat müəllifləri yazırlar: “ Bizə vətən lazımdır, amma ondan qabaq bir ölkəni vətənimizə çevirə bilən təminatlar, o cümlədən ifadə azadlığımıza təminat lazımdır”.

Başa düşdünüz?

“Bizə vətən lazımdır, vətəndən artıq…”

Üslub, əlbəttə, fantastika səviyyəsindədir – “Vətən lazımdır”(!) – yəni hamamda isti su kimi, bazarda keyfiyyərli ət kimi, Avropa ya Amerika qrantı kimi… Bu bir yana, bu “lazımlıq” özü də şərtləndirilir: əgər… Və bu şərt ödənməsə? Onda Qubanı da verin, Salyanı da, Şəkini də… Bakının da açarlarını verin ermənilərə, çünki söz azadlığı yoxdur…

Vətəndən artıq?

Bunu yəqin son günlər balağını çırmalayıb ortalığa düşən Xədicə İsmayıl yazıb…

Ayıb deyilmi?

Daha bir sitat: “ABŞ Prezidenti Teoder Ruzvelt bu barədə demişdir ki, «Əgər vətənin müdafiəsi yalnız insan azadlığının qurban verilməsi hesabına mümkündürsə, mənə belə vətən lazım deyil».

Bəyənat yazanlar ya Amerika tarixini bilmirlər, ya xam adamları azdırırlar. Amerikanın daha populyar və daha istəkli prezidenti Franklin Ruzvelt ikinci dünya müharibəsi dövründə ABŞ vətəndaşı olan 120 min yaponu həbs düşərgələrinə salmışdı.

Vətən naminə…

ƏYLİSLİ DREYFUS DEYİL!

İndi Əkrəm Əylislinin romanıyla bağlı azərbaycanlılara “cahil” və hətta “faşist” deyən adamlar unudurlar ki, Əylisli bu “cahil” və bu “faşist” millətin yazıçısıdır, onun kitabları bu millətin puluna nəşr olunub və bu millət tərəfindən oxunub, bu millətin teatrlarında tamaşaya qoyulub, bu millət tərəfindən baxılıb. Əkrəm Əylislini yaradan Azərbaycan və Azərbaycan dilidir, yazıçı Əkrəm Əylislini arvadı Qalina Aleksandrovna yaratmayıb!
Rusiyada yaşadığım otuz ildən artıq ərzində Əylisli adlı yazıçı tanıyan rusa rast gəlməmişəm, indi Əylisliyə fəal dəstək göstərən rus dilli azərbaycanlılar da, əminəm ki, Əylislini heç vaxt oxumayıblar ya da rus dilinə tərcümədə oxuyublar. Mən Azərbaycan universitetində qiyabi oxuduğum vaxtlar bakılılarla kəndlilər arasında necə uçurum olduğunu görmüşəm, o vaxtlar “faşist” təyini işlənmirdi, ancaq kənd azərbaycanlılarına onların layiq olduqları yeri göstərən başqa sözlər vardı. Və onu deyim ki, Azərbaycanın bütün görkəmli ədibləri – Mirzə Cəlil, Rəsul Rza, Əli Kərim “internasional” Bakıdan yox, kənddən, “cahil” xalqın içindən çıxıblar… bakılılar Azərbaycan dilli yazıçının belə pərəstişkarıdılarsa, niyə indiyəcən ölkə paytaxının kitab mağazalarında Azərbaycan dilində kitablar yox kimidir?

Və bəlkə Azərbaycan yazıçısının, Azərbaycan dilli yazıçının öz xalqıyla ixtilafını onların öz arasında müzakirəsinə və həllinə buraxasınız!

Ömründə heç vaxt əlinə Azərbaycan dilində kitab almayan adamların indiyəcən bütün mövzuları və qayğıları Azərbaycan kəndi olmuş Əylislini belə fəal dəstəkləməsi çoxları üçün yenə öz millətlərinə ikrahlı münasibəti bildirmək üçün fürsətdir…

Ermənistana əsir getmiş qadınları, xırda qız uşaqlarını yada salın!

İndiyəcən qəbirləri də tapılmamış yüzlərlə azərbaycanlı əsgəri, bu əsgərlərin ürəkləri dağlanmış analarını yada salın!

BAKIDA ERMƏNİSTANIN PREZİDENT SEÇKİLƏRİ

Bakıda Ermənistan prezidenti seçkilərində vaxtındanqabaq səsvermə başlanıb. Hamıdan qabaq yazıçı Əkrəm Əylisli səs verib. Ondan kimə səs verdiyini soruşan jurnalistlərə Əylisli deyib: “Mən Sarqsyana səs verdim, çünki o, qarabağlıdır, Qarabağ uğrunda uğurla vuruşub. Elə o biri namizədlər də yaxşıdırlar, çünki ermənilərin hamısı yaxşıdır”.

Seçki məntəqələrinin qabağında basırıqdır. Minlərlə bakılı öz namizədinə səs vermək üçün ən azı bir saat gözləməli olur. Darıxmamaq üçün onlar xorla erməni xalq mahnısı «Sarı gəlini» oxuyurlar…

YENƏ ERMAZLAR HAQQINDA

Əkrəm Əylisli “Daş yuxular” romanıyla bakılıların ermənilərə kütləvi eşq etirafı kompaniyasına start verilib. Gözləmək olar ki, bu adamların uşaqları səngərdə (bu adamlrın uşaqları orduya gedirlərsə) öz “yeraz” yoldaşının, ağsulu, biləsuvarlı yoldaşının, talış ya tat yoldaşının arxasından vurub erməni əsgəriylə qardaşlaşarlar…

Sovet dövründə bakılıların çoxu əslində özünü şərti azərbaycanlı sayırdı, onlar özlərini “subetnos” sayırdılar və indi bilinir ki, ermənilik bu subetnosluğun üzvi tərkibiymiş… Və bu adamları ermaz adlandırmaq daha düzgün olardı…

Bu adamlar özlərini avropasayaq fikir tərzli kimi qələmə verirlər. Anzaq bu, avropalılıq deyil, Azərbaycan dilinin, azərbaycançılığın Bakıda az qala qeyri-leqal vəziyyətdə olduğu vaxtlara qayıtmaq arzusudur…Əgər bu kompaniya ermənisevərlik deyil, insan hüquqlarına, azlıq hüquqlarına  hörmət ifadəsidirsə, bəs niyə bu adamlar talışlardan danışmırlar? Niyə mən Hilal Məmmədovun həbsinə etiraz kompaniyasını görmürəm?