Yağış yağmamışdı, yerlərsə palçıq,
Şəhər qonaqların üzünə açıq.
Bakıda Avropa yarışlarında,
Erməni idmançı medal qazandı.
Şərəf kürsüsünə yüksələn zaman,
Onu fitə basdı neçə min insan.
Əlini qaldırdı Əliyev İlham,
Söylədi: qonağa edək ehtiram.
Yaxşı fit çalanam, bilin, özüm də,
Sevir fit çalmağı iki qızım da.
İmtahan zamanı fit çalır Heydər,
Professor ona “afərin” deyər.
Bu erməni gədə qonaqdır ancaq,
Gəlin göstərəiyin biz də qanacaq.
Şuşanı alanda fit çalarıq biz,
Dünyanı bürüyər gözəl fitimiz.
Qarabağı hökmən biz alacağıq!
…Yağış yağmamışdı, yerlərsə palçıq…
02.07. 2015
Samara