Архив тегов | Лермонтов Молитва

MİXAİL LERMONTOV.  DUA

LERMONTOV

МОЛИТВА

Ömrümün ağır anı,
Ürəyi sıxanda qəm,

Sehrli bir duanı,
Mən əzbərdən deyirəm.

 

Düşür daş kimi qəlbdən,

Uzaqdır indi şübhə —
İnam, göz yaşı həm də —
Ruh necə yüngülləşir…

 

Sözlərin düzümündə,
Nemət dolu qüvvə var,

Anlaşılmaz, müqəddəs,
Məlahətlidir onlar.

ruscadan tərcümə

15. 05. 2019

Samara

 

        МОЛИТВА

В минуту жизни трудную,
Теснится ль в сердце грусть,
Одну молитву чудную
Твержу я наизусть. Читать далее

MİXAİL LERMONTOV.  DUA

LERMONTOV

Молитва

 

Demə günahlı bəndənəm, Tanrım,

Və asıb-kəsmə məni, yalvarıram,

Ki, torpağın məzar qaranlığını,
Sevirəm ehtiraslarıyla tamam.

 

 

Ki, girir ruhuma yalnız hərdən,
Adınla bağlı sözlərin nuru.
Ki, uzaqlardadır ağlım səndən,
Dolaşır zülməti, qəflətdə durur.

 

 

Ki, coşur, qaynayır sinəmdə mənim,

İlhamımdan yaranan vulkanlar.

Ki, qaraldır gözümün aynasını,

Candakı vəhşi, qızğın həycanlar.

 

Ki, bu dünya mənə dardır çoxdan,
Qorxuram mən sənə nüfuzdan da.

Günahlı mahnı səsləriylə hər an,
Sənə mən etmirəm, İlahi, dua.

 

 

Hər şeyi yandırıb-yaxan ocağı,

Tanrı, bu möcüzəni söndür sən,

Toxtayım, aləmə sakitcə baxım,
Qəlbimi, Tanrı, daşa döndər sən.

 

 

Qurtarım qoy, Yaradan, azad olum,
Bəlalı nəğmə təşnəsindən mən.

Çıxaram onda dar xilas yoluna,

Tutaram üz sənə, Tanrım, yenidən.

 

1829

Ruscadan tərcümə

22.04. 2019, Samara

 

Лермонтов М.

 Молитва

 

Не обвиняй меня, всесильный,
И не карай меня, молю,
За то, что мрак земли могильный
С ее страстями я люблю; Читать далее