Архив тегов | Andre Şenyenin şeirləri

ANDRE ŞENYE (1762-1794). HƏR İNSANIN DƏRDİ VAR…

André_Chénier

Hər insanın dərdi var. Ancaq hərə dərdini,
Təbəssüm arxasında özgələrdən gizlədir.

Hər insan öz hayında. Baxır həsəd içində,
Başqasına həmişə. O da dərdlidir hərçənd.

Nələr çəkir başqası, yox heç kəsin xəbəri,
Bilən yox o da dərdi içinə salıb gəzir.

Hər insan sızıldayar, yaş axıdıb söyləyər:
“Dərdli tək mənəm, hamı bu dünyada bəxtəvər”.

Bədbəxtlər…Yalvarırlar göylərə yorulmadan
Onların taleyini dəyişdirə Yaradan.

Dəyişilir. Tezliklə axır yenə göz yaşı,

Bir dərdin əvəzinə gəlib indi başqası.

 

Fransızcadan tərcümə

12.07. 2020, Samara

 

Tout homme a ses douleurs. Mais aux yeux de ses frères
Chacun d’un front serein déguise ses misères. Читать далее

ANDRE ŞENYE. «BURDA YOX ATA-ANAM…»

André_Chénier.jpg

ANDRE ŞENYE

                    (1762-1794)

 

Burda yox ata-anam, yox dostum, yurdaşım da,
Qərib ölkədir yerim, yaxınlarım uzaqda.
Mən bu vəhşi adaya dalğalarla atıldım,
Həmişə Fransanın dilimdə şirin adı.

Ocaq başında tənha, taleyimə yanıram,
Ölüm arzusundayam, anları sanayıram. 

Bircə dost da yox səsi qəlbə təsəlli ola,

Yaxınımda otura, üzümə nəzər sala.

Dolub, o da ağlaya, sinəm üstə baş qoya,
Deyib mənə “Necəsən?”,  əlimi ovuclaya.

 

Fransızcadan tərcümə

10-11.08. 2019, Samara

London, dekabr 1787

 

Андре́ Мари́ де Шенье́ 

Sans parents, sans amis et sans concitoyens.
Oublié sur la terre et loin de tous les miens. Читать далее