MİLLİ ƏTALƏT VƏ ÜMİDSİZLİK RƏMZİ OLAN İNSAN — RAMİZ MEHDİYEV

Bu gün Azərbaycan perezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 79 yaşı tamam olur. Dünyanın heç bir başqa ölkəsində bu yaşda bu cür məsul vəzifə sahibi yoxdur.

Ümumiyyətlə, Ramiz Mehdiyevin bioqrafiyasında heyrət doğuran faktlar çoxdur. 2001-ci ildən o, Azərbaycan Milli elmlər akademiyasının həqiqi üzvüdür. Yəni akademikdir. Ramiz Mehdiyevin ixtisası “elmi kommunizm”dir. Tələbələrə də “elmi kommunizm”dən dərs deyib. Yəni mümkün olmayan, Marksın, Leninin fantaziyalarından yaranan bir şeydən. Danışmaq, əlbəttə, olar. Lap olmayan şeydən də. Ancaq olmayan şeyin elmi ola bilməz. Yəni “elmi kommunizm” heç vaxt elm olmayıb, sovet adamlarının, xüsusən ali məktəb tələbələrinin başına zorla yeridilən cəfəngiyyatdır. İndi sual çıxır: cəfəngiyyatla məşğul olmuş adam necə akadüemik adını daşıya bilərr? Və əgər daşıyırsa, bu fakt Azərbaycan akademiyasının səviyəsini göstərmirmi?

Onu da qeyd edək ki, Raniz Mehdiyev ali məktəbə çoxları kimi 17 yaşında yox, 21 yaşında girib. Bu da vacib faktdır. Və girən kimi də komsomol fəalı olub, yəni əli-əayağı quru, isti yer, rahat çörək. Daim də komsomol, partiya xətti ilə gedib qabağa. Yəni Qorbaçov SSRİ-ni dağıdanacan Ramiz Mehdiyev kommunist çörəyi ilə dolanıb, özü də yaxşı dolanıb, çünki o vaxt Mərkəzi Komitənin rəhbər işçiləri xalqdan fərqli olaraq, Marksın və Leninin əfsanəvi kommunizmində yaşayırdılar, yəni quş südündən başqa hər şeyləri vardı.

İndi az qala 50 il partiya çörəyi yemiş, xalqın başını “emi kommunizm” cəfəngiyyatı ilə tovlamış bir qoca qurd guya azad demokratik rejimli, guya azad iqtisadiyyatlı ölkədə ən mühüm vəzifərlədən birini tutur. Bu necə mümkün olur?

Burda iki şey var: ya Ramiz Mehdiyev heç vaxt əsil kommunis olmayıb, kommunist maskası taxıb, azad ruhlu, demokratik düşüncəli insan olub.

Ya da Azərbaycan demokratik rejimli, azad iqdisadiyyatlıŞ insan hüquqlarının prioritet olduğu ölkə deyil, sadə dillə desək, quldurxanadır.

Mənə elə gəlir ki, bəzi düzəlişlərlə, hər iki ehtimalın yeri var. Əlbəttə, Ramiz Mehdiyev heç vaxt əsil kommunist olmayıb, yəni Lenin kimi, Çe Gevara kimi kommunist olmayıb. Ramiz Mehdiyev üçün kommunist ideologiyası çörək ağacı olub. Özü bu ideologiyaya, bir saniyəlik də olsa, inanmayıb. Yəni Ramiz Mehdiyevin əqidəsi olmayıb, indi də yoxdur.

Azərbaycan da, əlbəttə, demokratik ölkə deyil. Azərbaycan demokratik ölkə olsaydı, millətin gənc, vətənpərvər övladları türmədə çürüməz, Ramiz Mehdiyev kimi sovet-partiya rəhbərliyinin tör-töküntüləri ölkəni hərləməzdilər.

Yadınıza salım ki, ölkənin baş naziri Artur Rəsizadə Ramiz Mehdiyevdən də yaşlıdır.

İndi belə adamların rəhbərlik etdiyi, yəni hərlədiyi ölkənin bu vəziyyətdə olmağı ağlı başında olan adamları təəccübləndirməlidirmi? Belə rəhbərlərə görə Azərbaycan kimi böyük iqtisadi və hərbi potensiallı ölkə balaca Ermənistanın əlində aciz qalmayıbmı?

Və yəqin ki, yaxın illlərdə vəziyyət dəyişməyəcək. Yəni nəqədər ki, ölkə ər-arvad prezidentliyinin, Ramiz Mehdiyev, Artur Rəsisadə kimi rəhbərlərin əlində girincdir, heç nə dəyşməyəcək, yəni milli rüsvayçılıq davam edəcək.

Ramiz Mehdiyev isə, yəqin ki, həllə uzun illər millətin belindən düşməyəcək. Çünki Ramiz Mehdiyev komsomol südü əmib, komsomol çörəyi yeyib. Komsomolun canı isə, klassikin dediyi kimi…

17.04.17

ARSENİ YATSENYUKU ARTUR RƏSİZADƏ ƏVƏZ EDƏ BİLƏR

Məlumdur ki, Ukrayna idarəçiliyinə müxtəlif ğlkələrdən olan mütəxəssislər cəlb olunurlar: Kanadadan, Litvadan, Gürcüstandan… İndi baş nazir Yatsenyukun mümkün istefasıyla əlaqədar olaraq müxtəlif siyasi partiyalar Ukraynanın baş naziri vəzifəsinə Artur Rəəsizadənin davət olunmasını təklif edirlər. Ukrayna siyasətçilərinin fikrincə, Artur Rəsizadənin Azərbaycanda hökumətə başçılıq etdiyi qırx il ərzində özü ağırlığında orden və medal almağı onun misilsiz idarəetmə qabiliyyətini təsdiq edir və bu mütəxəssis Ukraynanı çətin iqtisadi böhrandan çıxara bilər.

ARTUR RƏSİZADƏ AVTOBUS SÜRƏ BİLMƏZ, ANCAQ MİLLƏTİ MİNİB ÇAPA BİLƏR

Azərbaycanda yaşı 65-dən çox olanlara avtobus sürməyə icazə verilməyəcək.

Azərbaycanın baş naziri Artur Rəsizadənin bu günlərdə 81 yaşı tamam olacaq. Fevralın 26-da xalq Artur müəllimin doğum gününü bayram kimi qeyd edəcək.

Avtobusa nə qədər sərnişin yerləşir? 40-60 adam. Azərbaycanın əhalisinin sayı nə qədərdir? Rəsmi statistikaya iunansaq, doqquz milyon yarım.

Belə çıxır ki, 40-60 adamı yaşı 65-dən çox adama etibar eləmək olmaz, ancaq doqquz milyon yarım adamı 81 yaşlı qoca minib çapa bilər?

RƏSİZADƏ TBİLİSİDƏ

Tbilisi. Gürcüstanın yeni prezidenti and içir. Zalda qonaqlar arasında oturmuş qoca Artur Rəsizadə yanındakı gürcüyə deyir:

—         Şevardnadze yaman cavanlaşıb. Tanımaq olmur…

Gürcü deyir:

—         Batano Artur, bu, Şevardnadze deyil, Marqvelaşvilidir…

—         Yaxşı, bəs  prezident Şevardbnadze ola-ola bu adam niyə and içir?

—         Qenasvale! Şevardnadze çoxdan prezident deyil!

Rəsizadə təccüblənir:

— Necə Şevardnadze prezident deyil? Nə vaxtdan bəri Qafqazda prezidentlər dəyişir?

CAVANLIQ DƏRMANI

nar

Azərbaycan alimləri cavanlıq dərmanı kəşf ediblər. Bu dərman bu günə qədər İlhamə Quliyevaya, Flora Kərimovaya, Ramiz Mehdiyevə, Zeynəb Xanlarovaya, Arif Əlizadəyə, Arif Paşayevə verilib və müsbət nəticə alınıb. İlhamə Quliyeva hətta on səkkiz yaşlı bir oğlana nişanlanıb, bu-gün sabah Heydər Əliyev mərkəzində toyudur. Həkimlər hələlik cavanlıq dərmanını Artur Rəsizadəyə verməyi məsləhət görmürlər, çünki Artur müəllim neçə ildir ki, uşaqlığa qayıdıb və iş gününü oyuncaqlarla keçirir…

ÜMİDİMİZ ERMƏNİSTANADIR

nar

İlham Əliyev tarixi fərmanıyla bir də sübut etdi ki, Artur Rəsizadə əvəzolunmaz bir insandır, yəni ki, Azərbaycanda ikinci Artiur yoxdur. İndi, Allah eləməsin, birdən Artur Rəsizadə düşə ölə, baş nazir yeri ya gərək boş qala, ya da gərək Ermənistandan bir Artur gəlib Azərbaycan hökumətinə yiyə dura, çünki Ermənistanda Arturlar çoxdur…

LOTUSAN, ƏYƏ, ƏL VER…

Bu gün Azərbaycan xalqı sevimli rəhbər, ölkənin baş naziri Artur Rəsizadənin anadan olmasının 78-ci ildönümünü qeyd edir. Cənab Rəsulzadənin doğumgünləri ölkədə hər il böyük təntənəylə qeyd olunur. 1992-ci ildə hökümət adamlarının başı Rəsulzadə təntənəsinə elə qarışıb ki, Xocalıdan xəbərləri olmayıb… Neynək, təki Artur müəllimin canı sağ olsun, Xocalı kimi kəndlər, qəsəbələr Azərbaycanda çoxdur, Rəsizadə isə təkdir…

Yaşasın Artur Rəsizadə!