(Boris Pasternak)
O, haçansa özünü at gözünə bənzədən,
Gözlərini qıyaraq baxır, görür, tanıyır.
Ərimiş almaz kimi, budur, gölməçələrdən,
Şölə göz qamaşdırır, buzlarsa sızıldayır.
Bənövşəyi toranda həyət-baca görünməz,
Tirlər, pıatformalar, yarpaqlar və buludlar.
Parovoz fiti, qarpız kəsiləndə çıxan səs,
Ətirli zərif əlcək ürkək əlləri udar.
Cingildəyər, hayqırar, ləpədöyən tək vurar,
Və kiriyir bir anda –deməli o, indisə
Şamların arasıyla astaca addımlayar,
Ki, sayıq yuxulayan fəzanı diksindirməsin.
Və, deməli, indisə, o, boş sünbüllərdəki,
Dənələri sanayır, deməli, o, indi də,
Yenə kiminsə dəfn mərasimindən gəlib
Mənfur və qara Daryal daşını ziyarətə.
Moskva üzüntüsü yenə canı yandırır,
Uzaqlarda səslənir ölümcül zəınqrovlar…
Evdən ikicə addım aralıda kim azdı? –
Orda sinəyəcən qar, hər şeyin sonu orda…
Şerində bənzədərərək tüstünü Laokona,
Məzarlıq qanqalını tərənnüm də elədi
O, yeni bir fəzada əks olunan bəndlərin,
Yeni qanunu ilə dünyanı zənginlədi —
Ədalətli göylərin səxavətlə verdiyi
Əbədi bir uşaqlıq bunun mükafatıydı.
Və bütün bu yer üzü ona sanki irs idi,
Şair də aldığından hamıya pay ayırdı.
1936
Ruscadan tərcümə
05-06. 08. 19, Samara
ПОЭТ
(Борис пастернак)
Он, сам себя сравнивший с конским глазом,
Косится, смотрит, видит, узнает,
И вот уже расплавленным алмазом
Сияют лужи, изнывает лед. Читать далее →
Понравилось это:
Нравится Загрузка...