Архив тегов | ayrılıq haqqında şeirlər

İOSİF BRODSKİ. “İLHAM PƏRİSİ DEYİL, YOX, AĞZINA SU ALAN…”

Иосиф Бродский

İlham pərisi deyil, yox, ağzına su alan,

Şirin yuxu aparıb bahadırı çox güman.

Və mavi yaylığını arxasınca yelləyən

buxar çarxı tək çıxır sinəsi üstə birdən.

 —

Sözlər çətin ki. yenə ikiqat olub durar,

meşədəki sıraya necə dönməz odunlar.

Və balışın üzündə gözləri üz dağıdar

dağılar yumurtalar necə axıb tavada.

 —

Sənə daha istimi altı ədyalın altda

yatarkən? –Tanrı keçsin günahdan – o yataqda

balıq hava udan tək yaş dodaqlarımla mən
tapıb qamarlayırdım nə idisə sən olan.

 —

Sifətimə tikərdim dovşan qulaqları da,

səndən ötrü meşədə qurğuşun da udardım,

Çürük kötüklə dolu göldə önündə  ancaq,

elə çıxardm, mənə həsəd çəkərdi “Varyaq”.

 —

Tale beləymiş demək, yaş da ötübdür daha,

Ayıb olar ki, desəm tüküm ağarıb harda.

Damarlar uzanıbdır, dolmağa qansa çatmır,

Fikirlər əyri-üyrü qurumuş koldan artıq.

 —

Ayrılırıq səninlə, əzizim, həmişəlik.

Kağızın üzərində sadəcə bir çevrə çək.

Elə mənəm bu çevrə: heç nə yox içindəsə

Bir az baxarsan ona, sonra isə silərsən.

1980

Ruscadan tərcümə

21-22. 05. 2022, Samara

 

Qryd: Bu şeirlə İ. Brodski Leninqradda ilk böyük məhəbbəti olmuş Marianna Basmanova ilə xəyalən vidalaşır. Şeiri müəllif özü həmin il ingilis dilinə tərcümə etmiş (“It’s not that the Muse feels like clamming up”) və orijinalda adsız olan əsəri “Folk Tune” – “”xalq nəğməsi” adlandırmışdır.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ИОСИФ БРОДСКИЙ

М.Б.

     То не Муза воды набирает в рот.

     То, должно, крепкий сон молодца берет.

     И махнувшая вслед голубым платком

     наезжает на грудь паровым катком. Читать далее

HENRİX HEYNE. “AH, YENƏ GÖRÜRƏM O GÖZLƏRİ MƏN…”

Ah, yenə görürəm o gözləri mən,
Haçansa sevgimlə onlar gülərdi.

Ötən günlərimi şirinləndirən,
Dodaqları yenə görürəm indi.

Mən yenə o səsi eşidirəm, ah,

Nəşələnirərdi məni bir zaman.

Mən özüm həminki deyiləm ancaq

Əfsus, çox dəyişdim qayıdanacan.

Gözəl qollarını həmin həvəslə,

Sarıyıb boynima mənim yenə də,

Başım sinəsində olsa da belə,
Nə bir şey anlayır, duyuram nə də.

almancadan tərcümə

09.. 01. 2022, Samara

=================

Heinrich Heine

Ach, die Augen sind es wieder,
Die mich einst so lieblich grüßten,
Und es sind die Lippen wieder,
Die mir’s Leben einst versüßten;
Читать далее

VAĞZAL

Səfərin yoxsa da, hərdən, arabir,

Vağzala gedəsən, gəzəsən orda.

Baxasan ki necə qatarlar gedir,

Necə yan alırlar perrona ya da.

 

Əldə nə çamadan, nə də düyünçə,

Gedənə, gələnə gözün zillənir.

Yük elə özünsən, qiymətin heç nə,

Birdən yanağında yaş gilələnir…

 

Diktorun səsində müəzzin hökmü,

Hamı həyəcanda, hamı fikirdə.

Axır və dəyişir zaman su kimi,

Yaxına gedən də əbədi gedir.

 

Burda ağuşlardan axan isti var,

Burda baxışlardan sızan soyuq da.

Dolur və boşalır platformalar,

Pozulmur axında nizam və qayda.

 

Sanki bu görüşlər, bu ayrılıqlar,

Haçandan yazılıb, möhürlənibdir.

Dünyanın nizamı sanki yaranır,

Hər kəs öz yerini tutmağa gedir…

 

30-31 mart, 2017

Samara