Архив тегов | Azərbaycan əsgəri haqqında şeirlər

ŞƏHİD ƏSGƏRİN XATİRƏSİNƏ

08.06 2020

Şəklinə baxıram – uşaq kimidir,

On səkkiz yaşımda mən də beləydim.

Kölgəmdən qorxardım, ağürək idim,

Ordu da görmədim, iş elə gəldi.

=

Haçandan baxıram şəkildəkinə,

Top-tüfəng yaxında dinir elə bil.
Gör ata-anası nə çəkir indi,
Ürəklər  dağlayır indi bu şəkil.

=

Övladım olsaydı, bəlkə indiyə,
Nəvəm də olardı onunla yaşıd.

Yəqin ki, gedərdi o da cəbhəyə,
Mən də vurnuxardım gözləri yaşlı.

=

Əsəbim pozular, yuxum qaçardı,
Rəsmilər deyəndən şübhələrdim.

Ölüm xəbərəri eşitsəm harda,

Özüm o dünyaya gedib-gələrdim…

=

Şəkildəki uşaq! Sənin də indi,
Ölüm xəbərindən, inan, yasdayam.

Nəvəmsə olsaydı…bəlkə deyərdim,
Yaxşı ki o deyil, ayrı adamdır…

=

İlahi, özün keç günahımızdan,

Doğma —  qəlbimizdə yadla bir deyil,

Bəzən uğrumuzda qan axıdan da,
Bizə təsəllidir – bu ki, sirr deyil…

29.09. 2020, Samara