ƏGƏR…

 Sağlam həyat tərzi keçirə bilsən,

İçməsən, çəkməsən, qızarma, yağlı,

Qıcqırmış, turşumuş, köhnə, dünəndən
Qalanı yeməsən, lap ertə qalxıb

 

 

 

Səhərlər  ya qaçsan, işləsən ya da,
Axşam da yerinə lap ertə girsən,
“Gecən xeyrə qalsın” deyib arvada,
Yuxuda bir özgə xanımı görsən,

 

 

 

Yenə ertə qalxıb yorğa yerisən,

Hər yoldan keçənin gülsən üzünə,
İlıq yumurta və “herkules” yesən,
Ələ ala bilsən işdə özünü

 

 

 

Özündən böyüklər danlasa birdən,
Özünü o yerə əgər qoymasan.

Naharda iştahın olsa yerində,

Həzm eləyə bilsən yeməyi asan,

 

 

 

Gəzsən axşam üstü su qırağında,
Gələnə qabaqdan, gedənə daldan,
Baxsan, cavanlığı salaraq yada,

Gəlib evə çıxsan kefi kök halda,

 

 

Oturub şam yesən arvad-uşaqla,
Doymamış süfrədən çəkilə bilsən,
Və yatsan, mətbəxdə qabla-qaşıqla,

Arvadın əlləşib düşındə əldən,

 

 

 

Səhər yorğa qaçıb, herkules, omlet

Yeyib yenə getsən işinə  əgər,

Nə siyasi durum, nə də siyasət,
Maraq oyatmasa səndə tük qədər,

 

 

 

Yanında əzsılər kimisə birdən,

Ötüb keçərsənsə gözüyumulu
Əlsiz-ayaqsızın olduğu yerdən,

Uzaq sala bilsən həmişə yolu,

 

 

Yanında hönkürüb biri ağlalsa,
Səni də tutmasa əgər ağlamaq,
Həmişə, hər yerdə ağıllı olsan,

Çəksən öz fikrini, dərdini ancaq,

 

 

Yüz il nədir, min il bəlkə yaşarsan.

Ölər həndəvərin, uzaq da ölər,
Qalmaz tanıdığın daha bir insan,
Ölüb gedər səni tanıyan itlər.

 
Yaxından, uzaqdan qurd ulaşması,
Eşidib titrərsən – qiyamətdəsən.
Nə bir kəsin qalar danışılası,
Nə bir yerin olar durub gedəsən.

 

İştahın da qaçar, qaçar  yuxun da,

Qüssədən açarsan televizoru.

Görərsən ekranda dünya həmindir,
Müstəbid də həmin, ya da ki, oğlu…

 

08-09. 02. 2019

Samara

Реклама

ALEKSANDR PUŞKİN. «MÜQƏDDƏS TUTURAM QƏRİB ÖLKƏDƏ…»

ПУШКИН.jpg

Aleksandr Puşkin

1799-1837

               В чужбине свято соблюдаю…

 

Müqəddəs tuturam qərib ölkədə,

Elimin qədim bir adətini mən.

Mübarək yaz fəsli elə ki gəlir,

Bir quşu buraxam gərək qəfəsdən.

 

Toxdadım taparaq təsəlli birdən.

Əgər bu dünyda bircə canlıya,
Azadlıq bəxş edə bilirəmsə mən,

Niyə gileylənim tanrıdan daha.

1823

Ruscadan tərcümə

19.09.17

Samara