Архив тегов | Birinci dünya müharibəsi haqqında şeirlər

REDYARD KİPLİNQ. GEFSİMAN

1914-18

Onda Fransada, Pikardidəydik,

Orda bağ var idi, adı Gefsiman,

Ora çox gəlirdi qadın və kişi,
İngilis əsgərlər yığışan zaman.

Bu bağdan keçərdik adəti üzrə,

Ya da dayanardıq – cürbəcür idi.

O yanda maskanı taxırdıq üzə,

Çünki qaz həmləsi ola bilərdi.

Orda bağ var idi adı Gefsiman,

Bir qız orda gördüm, qaynadı qanım.

Onunla hər dəfə danışan zaman,

Dua eləyirdim yan ötsün camım.

Əsgərlər ot üstdə uzanırdılar,

Zabit otururdu stulun üstdə,

Dua eləyiridm mən yorulmadan,

Deyirdim, nə olar camım yan ötsə.

Camım yan ötmədi, cam ötmədi yan,
Dua eləsəm də, ötmədi məndən.

İçdim, qaz həmləsi başlanan zaman,

Gefsiman bağını tərk eləyəndə.

ingiliscədən tərcümə

06-07. 11. 2021, Samara

QEYD:Şeirin mövzusu Birinci Dünya Müharibbəsi ilə bağlıdır, döyüşlərin

gedişində almanlar zəhərləyici qaz tətbiq edirdi. Qaz ciyərləri dağıdır,

tədricən öldürür ya da kor eləyirdi.
Tövrat allyuziyası Mattanın incilindədir 26. 39: “Atam, mümkünsə, bu camı məndən yan ötür

================================================

RUDYARD KİPLİNG

Gethsemane

1914-18

The Garden called Gethsemane

  In Picardy it was,

And there the people came to see

  The English soldiers pass.

 We used to pass — we used to pass

  Or halt, as it might be,

And ship our masks in case of gas

  Beyond Gethsemane. Читать далее